İran gəncləri kuraş üzrə Asiya çempionatında ikinci olublar

İranın kuraş komandası on müxtəlif medal əldə etməklə gənclərin Asiya çempionatında ikinci olub.

IRIB-nin məlumatına əsasən, Çərşənbə axşamı günü səhər Tailandda başlanan gənclərin kuraş idman növü üzrə Asiya çempionatı çərşənbə günü axşam başa çatıb.

İran komandası oğlanlar və qızlar bölmələri daxil olmaqla bütövlükdə iki qızıl, dörd gümüş və dörd bürünc medal əldə edib.

Bu yarışlarda Özbəkistan birinci, Vyetnam isə üçüncü pillələrdə durublar.

Bir növ güləş sayılan kuraş, Mərkəzi Asiya ölkələri arasında rəvac tapmış idman növüdür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir