İran gənclər arasında ağır atletika üzrə dünya çempionu olub

İranın gənclərdən ibarət ağır atletika üzrə milli komandası Meksikada keçirilən dünya çempionatında çempion adını qazanıb.

Xarici KİV-in verdiyi məlumata görə, gənclər üzrə dünya çempionatı yarışlarının sonunda Əlirza Yusifi 109+ çəki dərəcəsində ümumilikdə 420 kq göstərici ilə qızıl medal əldə edib.

Bu kateqoriyada İranın digər nümayəndəsi Taha Neməti Müqəddəm 381 kq rekordla gümüş medala sahib olub.

Əlirza Yusifi Meksikada keçirilən dünya çempionatında çempion olmaqla, gənclər arasında dünya çümpionu adını qazanmış Kiyanuş Rüstəmi və Səid Muhəmmədpurla yanaşı tarix yazıb.

Verilən məlumata əsasən, bu yarışların sonunda İranın gənclərdən ibarət ağır atletika üzrə milli komandası 660 komanda xalı, 5 qızıl, 9 gümüş və 1 bürünc medalla Meksikanın Guadalajara şəhərində keçirilən 2023-cü il dünya çempionatının çempionu olub.

İranın gənclərdən ibarət ağır atletika üzrə milli komandası tarixdə 5-ci dəfə dünya çempionu olub.

2011-ci il (Kuroş Baqirinin rəhbərliyi altında)

2016-cı il (Vəhid Rəbii və Rəraz Ramhormozinin rəhbərliyi altında)

2017-ci il (Muhəmməd Hüseyn Bərxahın rəhbərliyi altında)

2018-ci il (Muhəmməd Hüseyn Bərxahın rəhbərliyi altında)

2023-cü il (Seyid Hadi Panzvanın rəhbərliyi altında)

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir