İran elitasının bu dəfə nevrologiya sahəsində parlaması

İranlı tədqiqatçılar beynin hər bir hissəsini yüksək dəqiqliklə izləyən və düzgün bucaq altında ona maqnetik impluslar saçan robot qol hazırlamağa müvəffəq olublar. Segal Step kimi təqdim olunan bu cihazın təsirlərindən nevroloji xəstəliklərin bir çoxunun müalicəsinin mümkünləşdirilməsinə və nevrologiyanın müalicə üsullarındakı istifadəsinə işarə etmək olar.

Əgər elm və texnologiya dünyasına aid xəbərlərə marağınız varsa, bunu eşitməklə təəccüblənəcəksiniz. Beynin maqnit stimullaşdırılmasından istifadə etməklə depresiya, iztirab və ADHD kimi xəstəliklərin müalicə üsulu 35 ildən daha əvvəl İngiltərədə Rza Calinus adlı iranlı bir professor tərəfindən icad edilib.

Əslində, nevrologiyanın ən mühüm müalicə metodunu, bir növ qeyri-invaziv beyin stimullaşdırılması olan Transkranial Maqnit Stimullaşdırılmasını (TMS) icad edən iranlılar olub. Onlar İngiltərədə Magstim şirkəti yaratmaqla ilk rTMS cihazlarını nevrologiya dünyasına təqdim ediblər.

Bu müalicə üsulunda qısa impluslardan istifadə etməklə, sinir hüceyrələrini beynin bir hissəsinə hərəkət etdirmək üçün maqnit enerjisi göndərilir. Tədqiqatçılar maqnit enerjisinin emosional mühakimə və əhvalın tənzimlənməsinə məsul olduğuna inanırlar. TMS sistemi vasitəsilə yaradılmışmaqnetik impluslar kəllədən keçir və bobin (coil) birbaşa olaraq insanın beynində elektrik cərəyanı yaradır.

Bu elektrik cərəyanları neyronların yayılmasına və ətrafdakı beyin hüceyrələrinin  stimullaşmasına səbəb olurlar. O zamandan indiyə qədər belə dəqiqliklə izləmə nöqtələri açılmamış bir sirr olaraq qalmışdı. Amma indi İran elitası və Pharmed şirkətinin mühəndisləri tərəfindən bu sirrin üstü açılıb.

Magstim şirkətinin Tədqiqat və İnkişaf bölməsinin direktoru Dr. Məcid Memariyan Əsas və Klinik Neyroelmlərin 12-ci Konqresində nevrologiya sahəsindəki yerli nailiyyətləri ziyarət edərkən, Segal Step nTMS cihazının nevrologiya sahəsində bir yenilik olduğunu bildirib. O, nevrologiyanın tarixinə nəzər salmaqla, iranlı tədqiqatçıların bu sahədəki tədqiqatlarının təsirlərindən danışıb və iranlı gənc istedadların səylərini təqdirəlayiq hesab edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir