İran elitası tərəfindən hazırlanmış seysmoqraf cihaz, ictimai və şəxsi istifadəçilərin ixtiyarına verilib

Yer qabığının və atmosferin hərəkətlərini izləyən ən müasir sistemlərdən sayılan daxili istehsal olan seysmoqraf cihaz, ictimai və şəxsi istifadəçilərin ixtiyarına verilib.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən bildirilib ki, Yer qabığının hərəkətlərini izləyən sistem, iranlı mütəxəssislər tərəfindən hazırlanaraq ictimai və şəxsi istifadəçilərin ixtiyarına verilib. Naviqasiya və mövqeyin təyin olunması sistemlərinə əsaslanan monitorinq sistemləri, Yer qabığının və atmosferin hərəkətlərini izləmək üçün istifadə olunan ən müasir sistemlərdən biridir. Bu sistemlərdə istifadə olunan sensorlar geodeziya qəbulediciləri kimi tanınan naviqasiya və mövqeyin təyin olunmasının dəqiq qəbulediciləridir.

Yüksək texnologiya ilə işləyən bu məhsul, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Qabaqcıl Kosmik və Nəqliyyat Texnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə Xacə Nəsirəddin Tusi Sənaye Universitetinin bir qrup mütəxəssisləri tərəfindən hazırlanıb. O, müxtəlif hava şəraitində sistemdən istifadə imkanına, qısa zaman kəsiklərində Yer qabığının hərəkətlərinə nəzarət yaxud onu izləmə imkanına və bu sistemlərdə yüksək ölçmə dəqiqliyinə sahibdir.

Bugün belə bir sistem, seysmoqrafiya və akseleroqrafiya cihazları kimi Yer qabığını izləyən sistemlərin əsas, təkmilləşdirici vasitələrindən biri sayılır. O, dünyanın seysmik ərazilərində seysmoqraf sistem kimi istifadə olunur.

Bu sistemi atmosferin troposfer qatında yağış qabiliyyətli suyun miqdarını izləmək üçün olan sistemə və onun ionosfer qatında sərbəst elektronların paylanmasının necəliyini izləmək üçün sistemə çevirmək olar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir