İran elektrik stansiyası tikintisində dünyanın dörd ölkəsindən biridir

1990-cı illərdə İranda elektrik stansiyası tikintisinə diqqətin yetirilməsi elektrik stansiyasının tikintisi gücünə sahib olan dünyanın dörd ölkəsindən biri olmasına səbəb olub.

“İtaliyanın Ansaldo şirkəti 1976-cı ildə hissələri Amerikaya məxsus ikinci əl hissələri olan bir stansiyanı üç qat qiymətə bizə satdı. O vaxtkı hökumətin də onların istəklərinə boyun əyməkdən başqa çarəsi yox idi. Çünki, öz gücümüz və məharətimiz yox idi.” Bu, İranın ən qədim elektrik mühəndislərindən biri olan Əmin Qasiminin sinədən-sinəyə ötürülən xatirəsidir.

İranlıların elektrik stansiyası tikintisinə diqqətlərini yönəltməyə başlamasından 30 ildən daha az bir vaxt keçdikdən sonra beynəlxalq McCoy jurnalı bildirdi ki, İran Amerika, Almaniya və Yaponiya ilə yanaşı, kombinə edilmiş dövrəli elektrik stansiyası tikintisi texnologiyasına sahib olan bazarın ən çox payına malik ölkələrdir.

İran şirkətlərinin birində hazırlanmaqda olan turbin (yuxarıdakı şəkil)

İtaliyanın Ansaldo şirkəti bu rentinqdə İranın payının yarısından daha az payla 9-cu pilləyə düşüb.

1993-cü ildə İranın Elektrik Stansiyası Layihələrinin İdarə olunması Şirkəti şəklində elektrik stansiyası tikintisinə dair tələbatın toplanması İranda elektrik stansiyası tikintisinə bir başlanğıc oldu. İstilik Elektrik Şirkəti bu yaxınlarda bildirib ki, Rusiya, İtaliya və Almaniya da daxil olmaqla dünyannı 11 ölkəsi İranın elektrik sahəsindəki texniki mühəndislik xidmətlərinin ixrac məqsədləridir.

Hal-hazırda dünyada 28 şirkət eletrik stansiyası tikintisi gücünə malikdir. İran bu sahədəki bazarın 6.4%-lik payı ilə dünyada 4-cü yerdədir.

Hal-hazırda ölkənin elektrik enerjisi ehtiyacını ödəmək üçün norminal gücü 7846 meqavat olan 49 ədəd qaz və buxar turbini istehsal olunmaqdadır. Genişlənməkdə olan bu gücün həcmi növbəti iki ildə şəbəkəyə əlavə oluncaq Fulade Mubarəke zavodunun elektrik ehtiyacının 6 qatı olacağı hesablanıb.  

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir