İdman görüntülərinə yenidən baxış sistemi yaxud Video Check bir İran şirkəti tərəfindən lokallaşıb. Bu şirkət bu sistemin istehsalında dünyanın ən üstün 4 istehsalçısından biri sayılır.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, idman adamlarının narahatlıqlarından və arzularından biri, hakimlər heyətinin ehtimal olunan səhvlərini düzəltmək imkanına sahib olan idman video check sisteminin olmasıdır. Bu narahatlıq özünü daha çox futbolda göstərir.
Yaradıcı texnologiya şirkətlərindən birinin səyi ilə voleybol və basketbol sahəsində yerli idman video check sisteminin istehsalı başlanıb. Bu günlərdə bu sistem futbol sahəsində də sınaq mərhələsindədir və onun ölkə futbolundakı tətbiqi mühüm və əhəmiyyətli nailiyyət olacaq.
Qeyd olunmalıdır ki, bu yaradıcı şirkət video check sisteminin istehsalında dünyanın ən üstün 4 istehsalçısından biri sayılır.
Şirkətin baş direktoru Səid Muhəmmədi sistemin iş prinsipi barəsində deyib: “Video check sisteminin müxtəlif idman yarışlarında görüntülərin yenidən baxılması üçün istifadə olunur. O, bir növ yarışlardakı hakimlər heyətinin bir üzvü hesab olunur və hakimlərə səhv rəylərini düzəltmək üçün kömək edir.”
O, sözlərinin davamında deyib: “Bizim şirkətimiz dünyada bu sistemi istehsal edən 4 şirkətdən biridir və Asiya qitəsində heç bir rəqibi yoxdur. Bizimlə yanaşı İngiltərənin Genius Sport və Hawk-Eye şirkətləri, Polşanın TDS şirkəti bu növ video check sistemlərini istehsal edən şirkətlərdən sayılırlar. Diqqət olunası məsələ budur ki, bu şirkətlərin sanksiyaya görə, İrana satışları yoxdur və biz bu məhsulun yerli istehsalı ilə ölkəni bu sahədə əməli olaraq özünü təmin etmə mərhələsinə çatdırmışıq.”
Şirkətin baş direktoru deyib: “Hal-hazırda ölkədə mövcud olan yeganə video check sistemi 2014-cü ildə İtaliyanın Data Project şirkətindən alınıb və o, hər il İrandan lisenziya haqqı olaraq 6 min avro alır. Qeyd olunmalıdır ki, bu İtaliya şirkəti sonralar Genius Sport şirkətinin tərkibinə daxil edildi.”
Muhəmmədi bu məhsulun ümumi qiyməti barədə deyib: “Bu sistemin yerli istehsalı əhəmiyyətli dərəcədə valyuta qənaətinə səbəb olacaq. Çünki, onun istehsal dəyəri Avropa sistemlərinin qiymətinin təqribən yarısı qədərdir və eyni zamanda eyni keyfiyyəti təqdim edir. Bu sistemin kameraları Almaniya istehsalıdır və xarici rəqibləri də eyni Almaniya brendindən istifadə edirlər.”
Onun sözlərinə görə, maliyyə məsələləri və ümumi dəyərdən başqa, bu sistemin xarici nümunələri ilə müqayisədə digər üstünlüyü onun daha rahat şəkildə əlçatan və yalnız bir kompüter cihazına şamil olmasıdır . Halbuki, onun oxşar nümunəsi bir mərkəzi sistemdən və iki serverdən təşkil olunub ki, bu da onun əlçatanlığını və daşınmasını çətinləşdirir. Bundan əlavə, bütün dünya dillərini əhatə edir.
Muhəmmədi, həmçinin bu il ilk dəfə olaraq video check sisteminin ixrac edə bildiklərini ifadə edərək deyib: “Bizim komanda video check sistemini quraşdırmaq üçün həftənin sonu Bəhreynə yola düşəcək. Bu məhsulun ixracı üçün Bəhreydən başqa digər ölkələrdən olan müştərilərlə də danışıqlar aparırıq.”
O, əlavə olaraq deyib: “Bu məhsul yaradıcı şirkət tərəfindən təsdiqlənib və arxivində voleybol və basketbol yarışlarında sistemin satışı və icarəsinə dair keçmişi var. Bu sistem Urmiyada keçirilən Asiya Millətləri Kubokunda istifadə olunub. Ötən illərdə bu sistemin əsas fəaliyyət sahəsinin voleybolda olmasına baxmayaraq, futbolda da sınaqdan keçirilib.”