İran, dünyada beynəlxalq standartlar tərtib edən 5-ci ölkədir

Nano Texnologiyaları İnkişafı Mərkəzi, nanotexnologiya texnologiyasının beynəlxalq standartlarının tərtibi və İranın beynəlxalq standartların təsdiqi, tərtibi zəmnində ən üstün ölkələr siyahısına qoşulduğu barədə xəbər verib.

Dünyada 5 ölkə nanotexnologiyalarının beynəlxalq standartlarının təsdiqi və tərtibində liderlik edir ki, İran onlardan biridir.

Ölkədə 151 milli nanotexnologiya standartının Milli Texnologiya Standartı Komitəsi tərəfindən və 10 beynəlxalq standartın Beynəlxalq Standart Təşkilatında (ISO) təsdiq olunması, İranın beynəlxalq standartların təsdiqi və tərtibində ən üstün ölkələr siyahısına qoşulmasına səbəb olub.

Ölkədə nanotexnologiya inkişafının rəsmi himayədarı olan Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nanotexnologiyaların İnkişafı Mərkəzi, nanotexnologiyanın standartı və təhlükəsizliyi mövzusuna xüsusi diqqət ayırıb ki, ölkədə istehsal olunan məhsullar öz mövcudluğunu qoruyub saxlaya və dünya bazarına daxil olmaq üçün rəqabət apara bilsin.

Bu əsasla da bu hədəfin həyata keçməsi üçün Mərkəzin, Standart və Təhlükəsizlik Qrupu yaradıldı ki, ixtisaslaşmış mərkəzlərlə, etibarlı mütəxəssislərlə qarşılıqlı əlaqədə və təşkilatlar arası sənədləşmədə xüsusi qruplar, müştərək komitələr, ixtisaslaşdırılmış iclasların keçirilməsi, təbirlər və konfranslar, layihələri və yarışları dəstəkləmək və.s nanotexnologiyanın standartlaşması zəmnində icra tədbirlərinə malik olsunlar.

Bu qrupun nailiyyətlərindən “Milli və Beynəlxalq nanotexnologiya standartlarının tərtib və nəşri baxımından dünyada İranın yüksək rütbəsi”, “nanotexnologiya standartı və təhlükəsizliyi ilə bağlı milli və beynəlxalq formlarda İranın etibarının, nüfuzunun artması” və “qlobal nano standartlarının tərtibi və təsdiqində İranın qabaqcıl 5 ölkə siyahısında yer alması”-na işarə etmək olar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir