Qida və Dərman Təşkilatının nəzarəti altında Dərman və Maddələr Baş İdarəsinin rəisi Hüseyn Şomali, İranın 4 valentli qrip peyvəndini hazırlamaqla dünyada yeni tərkibli peyvəndin ikinci istehsalçısı olmasını bildirərək əlavə edib : Budan əvvəl dünyada başqa bir şirkətdə bu növ peyvənd istehsal edib.
Şomali həmçinin əlavə edib : İstehsalçı şirkətin bu il Səhiyyə Nazirliyinə bu peyvəndin 1 milyon dozasını təhvil verməsi qərara alınıb. Bunlardan 500 000 doza apteklərə və 300 000 doza isə sağlamlıq mərkəzlərinə paylanılıb.
Şomali sözlərinin davamında deyib: Yerli istehsal olan qrip peyvəndinin paylanma qiyməti ( Sentyabr ayında) təxminən 210 000 tümən ( təxminən 12 m, 30 qəp) və bu peyvəndin istehlakçı üçün qiyməti 213 000 tümən ( təxminən 12 m, 50 qəp) təyin olunub.
O, bildirib: Sağlamlıq mərkəzlərində yüksək riskli qruplar üçün bu peyvəndin vurulması pulsuz yerinə yetiriləcək.