Milli araşdırmalara görə, dərman, ölkəyə idxalı çox baha başa gələn məhsullardandır və ölkənin əczaçılıq təhlükəsizliyini təhlükəyə sala bilər. Böyük xərclərə səbəb olan əczaçlılıq sahələrindən biri, dərman, effektiv (ilkin) əczaçılıq maddələri, orta hədd maddələr və əczaçılığın əlavə maddələrinin istehsalıdır ki, xərclərin böyük hissəsi bioloji dərmanların hazırlanması, plazma emalı zavodunun potensialının inkişafı, əczaçılığa aid xammalın, orta hədd maddələrin və əlavə maddələrin istehsalı zəmnində xərclənir.
Prezident yanında Elm və Texnologiya Müavinliyinin Biotexnologiyanın İnkişafı Mərkəzi dəqiq və universal milli proqram tərtib etməklə, digər əlaqəli qrumlarının köməyi ilə, ölkənin şikətləri və mütəxəssislərinin bütün gücündən istifadə etməklə ən çox xərclərə səbəb olan (ölkədən valyuta çıxarılmasına səbəb olan) dərmanların istehsalını hədəfə alıb ki, xərcləri azaltmaq və mümkün qədər dərman idxalına bağlılığın qarşısını almaqla ölkədə iqtisadi artımı təmin etsin.
Bununla əlaqədar 92 milli layihə tərtib edib ki, bu sahədə təisrli addımlar atılsın. Bu layihələr bioloji dərmanların istehsalına aid 20 layihə, plazma emalı zavodunun potensialının inkişafına aid 2 layihə, əczaçılığa aid xammalın istehsalına dair 40 layihə, əczaçılığa aid orta hədd maddələrin istehsalına aid 20 layihə və əczaçılığa aid əlavə maddələrin istehsalına aid 10 layihəyə şamildir.
Əlbəttə ki, bir neçə ildir texnologiya və innovasiya ekosisteminin və elm təməlli, yaradıcı şirkətlərin köməyi ilə ölkənin əczaçılıq sənayesi nəzərə çarpacaq dərəcədə artım əldə edib. Mütəxəssislər İranın dünyada əczaçılıq sənayesində yeni qüdrət olduğuna inanırlar.