İran Dializ Konsorsiumu tibbi avadanlıqlar istehsalı zəmnində bir neçə qabaqcıl şirkətdən təşkil olunub ki, böyrək xəstələrinin dializ cihazı və ləvazimatlarına olan ehtiyaclarının böyük bir hissəsini təmin etməyi bacarıb.
İran Dializ Konsorsiumu (ICD) son bir neçə ildə öz imkanlarını birləşdirərək dializ aparatını, onun avadanlıqları və ləvazimatlarını yüksək həddə lokallaşdırmağı və istehsal etməyi bacarıb.
Dializ əməliyatı böyrək xəstələri, böyrək çatışmazlığı olan yaxud transplantasiyaya ehtiyacı olan insanların qanın təmizlənməsi üçün həftə ərzində bir neçə dəfə həyata keçirdikləri işlərdən biridir. Dializdə böyrəklərin vəzifəsi olan qanın təmizlənməsi, lazımsız mayelərin və artıq maddələrin bədəndən dəf edilməsi aparat vasitəsilə həyata keçirilir.
Dializ aparatı karbamid və ammonyak kimi zəhərli maddələrin qandan ayrılma prosesini dializ filteri vasitəsi ilə həyata keçirir. Bu filterlər xroniki böyrək xəstələri üçün bir növ həyati məhsuldur. Buna görə də, Dializ Konsorsiumunun təşkilinin əvvəlində ilk öndə dayanan bu filterlər idi.
Bu aparat müxtəlif hissələrdən təşkil olunur və Dializ Konsorsiumu bütün bunları hazırlamağı bacarıb. Dializ maşını, xüsusi oturacaq və dializin su təmizləmə cihazı bu avadanlıqlardandır. Onların istehsal elmi İran da daxil olmaqla, az sayda dünya ölkələrinin ixtiyarındadır.
Digər tərəfdən də bikarbonat tozu, məhlul və digər istehlak materialları da İran daxilində istehsal olunan məhsullardandır və dializ sahəsində fəaliyyət göstərən şirkətlər birliyinin köməyi ilə istehsal olunur.
Dializ Konsorsiumunu ölkədəki konsorsium təşkilində uğurlu nümunələrdən saymaq olar. Bu konsorsium dializ sənayesində 10-a yaxın ixtisaslaşmış şirkətdən təşkil olunub. Onun ideası 2003-cü ildə verilib və tədricən imkanlar və güclər artdıqca, bu konsorsiumun fəaliyyətləri və xidmətləri genişlənib. Elm və Texnologiya müavinliyinin verdiyi məlumata görə, bu konsorsium xəstələrin bu avadanlıq və ləvazimatlara olan ehtiyacının 70%-ni aradan qaldırıb.
Hal-hazırda elm təməlli şirkətlərin satış həcmləri azdır, digər tərəfdən də hissələrin və avadanlıqların təmin olunmasında müxtəlif gücləri var. Ölkədə bir çox əsas ehtiyaclar üzərində tədqiqat və inkişafın yerinə yetirilməsinin kiçik layihələrin birləşməsinə, bir neçə elm təməlli şirkətin bir yerdə və güc, imkanlarını paylaşmaqla, o ehtiyaclarla məşğul olmağa möhtacdır. Tematik konsorsiumların yaradılması bu ehtiyacların aradan qalxmasında mühüm rol oynaya bilər.