İran da daxil olmaqla, yalnız 5 ölkənin ixtiyarında olan texnologiyanın köməyi ilə efir yağlarının çıxarılması

Güllərin və dərman bitkilərinin efir yağlarının çıxarılması Mərkəzi vilayətin elm və texnologiya parkındakı elm təməlli şirkətlərdən birinin dünyanın ən qabaqcıl texnologiyasının köməyi ilə həyata keçirilən fəaliyyət mövzusudur.

Dərman bitkiləri İranın ən mühüm potensial imkanlarından biridir və yeni texnologiyalardan istifadə etməklə və innovasiya tətbiqi ilə dünyada əhəmiyyətli rola sahib olan biri kimi təqdim oluna bilər.

Mərkəzi vilayətin elm və texnologiya parkındakı elm təməlli şirkətlərdən birinin baş direktoru və idarə heyətinin üzvü Əli Zeynalabidini Həvaze bu elm təməlli şirkətin fəaliyyətləri barəsində deyib: Biz bitkilərdən efir yağlarını çıxartmaq üçün ən müasir üsullardan və cihazlardan biri olan superkritik karbon qazından istifadə etməklə efir yağlarını çıxaran cihazın istehsalçısıyıq. Bu üsulda distillədən yaxud həlledicidən istifadə kimi digər üsullardan fərqli olaraq efir yağının keyfiyyəti və strukturu zərər görmür.

O, əlavə edib: Adi üsullarda çıxarılmış efir yağının strukturunun zədələnməsi yaxud istehsal olunmuş məhsulun arzuolunmaz həlledici komponentlə birgə olması mümkündür. superkritik karbon qazından istifadə üsulunun bu zəif nöqtələri yoxdur və dərman məqsədləri yaxud ətriyyat üçün bitkinin efir yağının istifadəsinə ehtiyac olan hər bir yerdə bu cihazdan istifadə olunur.

Zeynalabidini Həvaze vurğulayıb: Dünyada bu cihazın istehsalçıları Almaniya, İtaliya, Çin və Amerikadır. Xoşbəxtlikdən biz təxminən 15 illik davamlı təqdiqat və inkişaf prosesi ilə onun texnologiyasını lokallaşdırmağı bacadıq. Hal-hazırda cihazı sənaye miqyasında və 5, 40, 80 litr tutumlu formada da istehsal edirik. İnsanların daha açıq baxışla bu texnologiya üzərinə sərmayə yatırmaları üçün avadanlığın istehsalından əlavə, xidmət və məşvərət də təqdim edirik.

O, bu cihazda efir yağının çıxarılma prosesi barəsində deyib: Bu cihazda həyata keçirilmiş proses bundan ibarətdir ki, ilk növbədə qaz halında karbon di oksid buxar sistemində 120 bar təzyiqlə maye halına çevrilir. Bundan sonra maye halına çevrilmiş karbon di oksid nasosdan istifadə olunmaqla bitki yaxud toxum olan kameraya daxil olur. Bu mərhələdə kamerada superkretik şərait yaranması üçün kameranın temperaturu tənzimlənir. Müəyyən vaxt keçdikdən sonra qaz keçirilir. Bundan sonra nəzərdə tutulan efir yağı toplanma və ayrılma qabiliyyətinə malik olacaq.

Bu elm təməlli şirkətin baş direktoru bildirib: Bu cihaz meyvələrin və bitkilərin tullantılarından faydalı maddələri çıxarmaq qabiliyyətinə malikdir. Məsələn, həmin texnologiya vasitəsi ilə portağalın qabıq tullantılarından əczaçılıq kimi bir çox sənayelərdə çox yaxşı və münasib həlledici olan limonel maddəsini çıxarmağı bacarmışıq.

O, cihazın xarici universitetlərə satışı barədə məlumat verərək deyib: İndiyədək Şəhid Behişti Universiteti ilə əməkdaşlığa nail olmuşuq. Digər tərəfdən də İrlandiyanın Merrik Universiteti ilə də əməkdaşlığımız olub. hal-hazırda da efir yağı istehsalı bölməmizi işə yaratmaq niyyətindəyik.

O, həmçinin vurğulayıb: Şirkətin təcrübələrini nəzərə alaraq, biz həm cihaz istehsalçısı kimi, həm də efir yağı istehsalçısı kimi çıxış edə bilərik. Digər tərəfdən də, ölkənin dərman bitkilərinin geniş şəkildə xam satışını nəzərə alaraq, texnologiyanın inkişafından əlavə, efir yağı istehsalçısı kimi də bazarda mövcud olmaq niyyətindəyik.

Bu elm təməlli şirkətin baş direktoru sözlərinin davamında İranın dərman bitkiləri sənayesi və onun xam satışının gecikdirilməsi sahəsindəki xüsusi imkanları barəsində danışaraq deyib: İran 12 hava iqlimindən 11-nə sahib olub, təxminən 7200 növ bitki örtüyünə malikdir. Onların yarıdan çoxu dərman məqsədləri üçün istifadə olunur və bir çox növün də vətəni İrandır. Buna görə də, dərman bitkilər mövzusu ölkə üçün strateji bir ixrac vasitə kimi təqdim oluna bilər.

Zeynalabidini Həvaze deyib: Bir tərəfdən, bu sahənin dərman və müalicə mözvuları ilə birbaşa əlaqəsi olduğuna görə, sanksiyaya məruz qalmır. Buna cəhətdən də, neftlə müqayisədə üstünlüyə malikdir. Digər tərəfdən də, dərman bitkiləri sahəsi ölkənin şəhər və kənd sektorları üçün davamlı məşğuliyyət yarada bilər. buna görə də, yaxşı olar ki, ölkənin qərar qəbul edən şəxsləri potensiala diqqət yetirsinlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir