“İran “Covid-19″a qarşı peyvənd istehsal edən 7 ölkədən biridir”- Minu Möhraz

“İran artıq milyonlarla doza “Cov İran Barakat” peyvəndi istehsal edib və cari ilin sonuna kimi bu rəqəm 18 milyon doza təşkil edəcək” – bu sözləri peyvənd hazırlaması ilə məşğul olan alimlərdən ibarət elmi-tədqiqat qrupunun üzvü xanim Minu Möhraz deyib.

O bildirib ki, İran istehsalı olan peyvənd öz səmərəliliyi ilə seçilir. Onun tətbiqi zamanı xəstənin sağalma ehtimalı çox yüksəkdir. Bu, kliniki sınaqlarda da təsdiq edilib.

Minu Möhraz nəzərə çatdırıb ki, elmi-tədqiqat qrupu hazırda koronavirusa qarşı yeni peyvəndin hazırlanması üzərində iş aparır. Artıq İran “Covid-19″a qarşı peyvənd istehsal edən 7 ölkədən biridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir