İran cari ildə dünyanın 10-cu ən böyük polad istehsalçısı olaraq qalıb

Bu ilin birinci yarısında İran 13,6 milyon ton polad istehsalı ilə hələ də dünyanın 10-cu ən böyük polad istehsalçısı kimi ünvanını qoruyub.

İRİB-nin məlumatına əsasən, dünya Polad Assosiasiyasının açıqladığı son hesabat göstərir ki, cari ilin birinci yarısında dünyada ümumi polad istehsalı 5,5 faiz azalaraq, 949 milyon tona çatıbdır. 

İranda qeyd olunan müddətdə 13,6 milyon ton xam polad istehsalı ilə dünyada onuncu ən böyük polad istehsalçısı olub. 

Çin bu dövrdə 526 milyon ton polad istehsalı ilə dünyada birinci olub. 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir