Cərrahi bıçaqların istehsalı, 60 nano metr qalınlığa görə xüsusi texnologiyaya ehtiyaclıdır və İran da bu texnoloji məhsulu istehsal edənlərin sırasına qoşulub.
Elm təməlli Stabil Elektronika Şirkətinin icra direktoru Şəhriyar Həmayun Fərməneş, İran istehsalı olan tibbi avadanlıqların yerli texnologiyasının səmərəli olmasına işarə edərək deyib: Bu şirkətin məhsullarından biri, qanköçürmə nasosudur. Çox vaxt adi formada qanköçürmə mümkün olmur. Çünki, qan, qırmızı qan hüceyrələrinə sahibdir və adi formada qanköçürmə zamanı bu qan hüceyrələri qırıla bilər. Bəzən də xəstənin damarları adi qanköçürmə qabiliyyətinə sahib olmur.
Həmçnin, bəzən fövqəladə hallarda xəstənin təcili surətdə böyük həcmdə qana ehtiyacı olur və onun damcı-damcı adi sistem formasında uzun müddətə köçürülməsinin müalicəvi faydası olmur. Buna görə də belə hallarda qanköçürmə nasosundan istifadə olunur.
Xarici nümunə ilə oxşar keyfiyyət
Elm təməlli Stabil Elektronika Şirkəti tərəfindən Avstriya və Amerika istehsalı olan eyni məhsulun yarı qiymətinə istehsal olunun İran istehsallı bu cihaz, xarici nümunəsinin keyfiyyətinə sahib olmaqdan əlavə idxal olunan məhsulların əksinə olaraq satışdan sonrakı xidmətlərə və zəmanətə sahibdir.
Şirkətin digər məhsulu, cərrahi bıçaqlarıdır. Sadə görünüşlərinə baxmayaraq cərrahi bıçaqların istehsalının mürəkkəb və texnoloji prosesə ehtiyacı var. Bu cərrahi bıçaqları istehsal etmək üçün 4 texnoloji darboğaz lazımdır. Onlardan polad isitmə prosesinə işarə etmək olar.
İstehsalda yüksək diqqət
Adətən CNC cihazlarının sahib olduqları ən yüksək dəqiqlik, milli metrin yüzdə biri olur. Halbuki, cərrahi əməliyyatlarına məxsus bıçaqların ucu 60 nanometrdir. Bu, adi mikroskopla görünmür və onun ölçüsünü ölçmək üçün gərək elektron mikroskopdan istifadə olunsun.
Bu şirkətin idarəçilərinin sözlərinə görə, hal-hazırda dünyada 6 şirkət cərrahi bıçaqları istehsal edir. İran da bu məhsulun istehsalçıları qrupunun ən yeni üzvü sayılır. Bu aktiv texnoloqun sözlərinə görə, son illərdə Prezident yanında Elm və Texnologiya müavinliyinin köməyi ilə yüzlərlə elm təməlli şirkətə şamil olan tibbi avadanlıqlar ekosistemi formalaşıb. Biz də öz növbəmizdə ya ölkə daxilində olmayan yaxud xarici nümunəsi baha olan və sanksiyalar səbəbindən əldə olunması çətinliklərlə üzləşən avadanlıq və cihazların istehsalı üzərində diqqətimizi cəmləməyə çalışdıq ki, müalicə işçiləri üçün işi asanlaşdıraq.