İran “BRİKS”-in daimi üzvü oldu

Prezident Administrasiyasının siyasi məsələlər üzrə müavini İran İslam Respublikasının “BRİKS”-ə daimi üzv olması haqda məlumat verib.

Prezident Administrasiyasının siyasi məsələlər  üzrə müavini Məhəmməd Cəmşidi sosial şəbəkədəki hesabında yazıb: İran İslam Respublikası “BRİKS”-in üzvü oldu.

O, əlavə olaraq deyib: Qlobal inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna daimi üzvlük İslam Respublikasının xarici siyasəti üçün tarixi bir inkişaf və strateji uğur sayılır. Bu uğuru İslam İnqilabının Böyük Məqamlı Rəhbərinə və İranın başıuca xalqına təbrik deyirik.

BRİKS qrupunun yaranma ideası ABŞ-ın birtərəfliliyinin zirvəsi dövründə, 90-cı illərin ortalarında dünyanın inkişaf etməkdə olan 4 iqtisadi gücü olan Brazilya, Rusiya, Çin və Hindistanın yaxınlaşması ilə baş tutdu. 4 təsisçi üzvün iştirakı ilə bu qrupun yaranma tarixi 2001-ci ilə qayıdır və sonda “BRİK qrupu” 2009-cu il İyunun 16-da rəsmi olaraq təsis olundu. Cənubi Afrika da 2010-cu ilin Dekabr ayının 21-də bu qrupa qoşuldu. Bu ölkənin bu qrupa qoşulmasından sonra qrupun adı “BRİK”-dən “BRİKS”-ə dəyişdi.

Bu qrupdakı ən əsas göstərici iqtisadi, maliyyə, pul funksiyaları, həmçinin üzvlərin transregional əhatə dairəsi, qloballaşması və təsiridir. Buna görə də, o, “inkişaf etməkdə olan iqtisadi güclər” qrupu kimi məşhurdur. Hal-hazırda 5 əsas üzvündən əlavə, 23 ölkə rəsmi, 6 ölkə qeyri-rəsmi şəkildə bu qrupa üzv olmaq istəyir. O ölkələrdən İran, İndoneziya, Ərəbistan, Kuveyt, BƏƏ, Bəhreyn, Misir, Suriya, Mərakeş, Belarusiya, Qazaxıstan, Kuba, Boliviya, Nigeriya, Argentina, Venezuela, Tayland, Vyetnam, Əlcəzair, Fələstin, Efiopiya, Honduras, Meksika və s. kimi ölkələrə işarə etmək olar. Bu ölkələrə “BRİKS Plus” deyilir.

BRİKS Plus-ın yaranma təklifi ilk dəfə olaraq bu qrupun rəhbərlərinin 2022-ci ildə Çində keçirilən sammitində bu ölkənin prezidenti tərəfindən bəyan olundu ki, üzvlük verilməzdən əvvəl ölkələrin bu qrupa yaxınlaşma mexanizmi tamamlanmış olsun.

BRİKS inkişaf etməkdə olan güclər tərəfindən və G7 qrupu müqabilində formalaşıb, inkişaf edən “beynəlxalq arenada yeni rejim quruculuğu və strukturlaşma” simvoludur. “Yeni inkişaf bankı” adlı BRİKS bankı da 2015-ci ildə yaradılıb. Hal-hazırda bu qrup Qrup 7 (30.7%) də daxil olmaqla digər iqtisadi bloklarla müqayisədə qlobal Ümumi Daxili Məhsulun (ÜDM) ən çox payına (31.5%) malikdir. Dünyanın 46% işçi qüvvəsi, yerin torpaq sahəsinin dörddə bir hissəsi, dünya əhalisinin təqribən 40%-i (2021-ci ildə 3 milyard 178 milyon nəfər) bu qrupun hal-hazırkı üzvlərinə aiddir. Yohannesburq 2023 Sammitində 5 əsas ölkədən əlavə, 70 ölkə rəhbəri də bu sammitdə iştirak etmək üçün dəvət olunub və dəvət olunanlar arasında əsas Qərb ölkələrindən heç biri yoxdur.

Fransa prezidenti Emmanuel Makronun bir neçə dəfə etdiyi xahişə baxmayaraq, onun sammitdə iştirak etməsi üçün dəvətnamə göndərilməyib. Cənubi Afrika prezidenti son bir neçə rəsmi çıxışında bu iclası “şimal ölkələri ilə deyil cənub-cənub ölkələrinin öz aralarındakı əməkdaşlıq toplantısı” kimi təsvir edib. Dünya bankının pul sisteminin yaxşılaşdırılması, dolların aradan çıxarılmasına ciddi qərar, milli valyutaya diqqət, bütün qitələrdən nümayəndələrin iştirakı, anti-hegamon və yenidən nəzərdən keçirmə siyasi yanaşmaların qəbulu, Qərbin beynəlxalq qrumlar və strukturlar üzərində hökmranlığına qarşı çıxmaq bu qrupun əsas yanaşmalarındandır.

13-cü hökumət hərtərəfli, balanslaşdırılmış və konvergensiyaya əsaslanan xarici siyasət çərçivəsində, beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişafını da gündəmində saxlayır. Şanxay Əməkdaşlıq Təşkilatında üzvlük prosesini sürətləndirmək, Avrasiya İqtisadi Birliyi ilə əlaqələrin dərinləşməsi, İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın daha da fəallaşması və.s çoxtərəfli siyasətin gücləndirilməsini ifadə edir. Yohannesburq sammitində üzvlük üçün müraciət edən müxtəlif ölkələrin BRİKS qrupuna qəbul meyarları, prosesi və zamanı barəsində razılaşma gözlənilir.         

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir