İran bir qızıl və iki gümüş qazandı

Gənclər arasında yunan-roma güləşi üzrə dünya çempionatı çərçivəsində ilk beş çəki dərəcəsi üzrə yarışların sonunda İran bir qızıl və iki gümüş qazanıb.

İRİB-nin məlumatına əsasən, 63 kq çəki dərəcəsində iranlı güləşçi İman Məhəmmədi finalda qazaxıstanlı rəqibi Kərimovu 6-1 hesabı ilə məğlub edərək, qızıl medal qazanıb. 

87 kq çəki dərəcəsində mübarizə aparan Əbülfəzl Çubani ermənistanlı Nəzəryanla üz-üzə gəlib və döyüşdə uduzduğu halda, döyüşün bitməsinə bir saniyə qalmış rəqibinin ayağını döşəkdən çıxarıb və 2-1 hesabı ilə önə keçib. Lakin ermənilər buna etiraz ediblər və nəticədə Çubaninin xalı sılınıb və o, gümüş medal qazanıb.

130 kq çəki dərəcəsində isə Fərdin Hedayati finalda ukraynalı Vişnotski ilə üz-üzə gəlib və  4-2 hesabı ilə öndə olarkən, sonda 5-4 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir