İran Kosmik Təşkilatının sözçüsü Hüseyn Deliriyan, verdiyi müsahibədə deyib: Ali Kosmik Şurası bu sahədə siyasi qrucu və aparıcı bir qrum kimi ölkənin bütün aparıcı kosmik sənayelər ilə əməkdaşlıq etməklə, kosmosa 6 uğurlu peyk buraxılma əməliyyatı həyata keçirib. Bu da öz növbəsində misli görünməmiş bir addımdır. Çünki, heç vaxt ölkədə bir il müddətində kosmosa bu qədər peyk buraxılmasının şahidi olmamışıq. Bu buraxılışlara Simurq peyk daşıyıcısı vasitəsilə Phoenix peykinin və 2 digər kiçik peykin buraxılması, Nur 2 peykinin buraxılması və Qasid peyk daşıyıcısı vasitəsi ilə orbitə uğurlu yeridilməsi, Xəyyam peykinin uğurla buraxılaması, Zul-Cənah buraxıcı qurğu ilə Nahid 1 peykinin keyfiyyətli nümunə uçuşu, orbital ötürmə blokunun suborbital sınağı və Qaim 100 peyk daşıyıcısının sınağı daxildir.
İran Kosmik Təşkilatının sözçüsü, deyib: “Allaha şükür olsun ki, bu buraxılışlar uğurla həyata keçib və Allahın lütfü ilə yaxın gələcəkdə də əslində, İran İslam Respublikasının kosmos rabitə sahəsində ilk addımı olan Nahid 1 rabitə peyki, kosmosa göndəriləcək.”
O, açıqlamasında bildirib ki, İran Kosmik Təşkilatı kosmik sənayenin digər sahələri arasında formalaşmış sıx əməkdaşlıqla 10 illik kosmik proqram əsasında kosmik sənayenin inkişafı yolundakı hərəkəti sürətləndirməyi və İranın LEO orbitində mövqeyini sabitləşdirməyi planlaşdırır.
Deliriyan, əlavə olaraq deyib: Əlbəttə, biz İran Kosmik Təşkilatında kosmik sənayenin digər aparıcı qüvvələrinin əməkdaşlığı və köməyi ilə daha yüksək orbitlərə yetişmək üçün yazılmış proqramın icrasını da başlamışıq. Dövlətin və prezidentin özünün dəstəyini nəzərə almaqla, bu yolda gələcək illərdə böyük nailiyyətlər əldə olunacaq.
Xatırlatmaq lazımdır ki, Ali Kosmik Şuranın ilk iclası 11 ildən sonra prezidentin rəhbərliyi ilə 2021-ci ilin Noyabr ayında, ikinci iclas isə 2023-cü ilin Yanvar ayında ölkənin 10 illik kosmik proqramının yekun təsdiqi ilə keçirilib.