İran bayrağı Türkiyənin Ağrı dağının zirvəsində

İranlı alpinist Türkiyənin Ağrı dağına qalxaraq, İran İslam Respublikasının bayrağını Türkiyənin ən hündür zirvəsində dalğalandırıb.

İRİB-nin məlumatına əsasən, bu barədə “Gənc Reportyorlar Klubu” məlumat yayıb.

Məlumatına görə, iranlı alpinist Həmid Abbasi Türkiyənin ən yüksək dağı olan Ağrı dağının 5 min 137 metrlik zirvəsində İran İslam Respublikasının bayrağını dalğalandırıb. 

AĞrı dağı Türkiyənin ən yüksək dağıdır və Türkiyə, İran və Ermənistan sərhədində yerləşir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir