İran ağırlıq qaldıranları dünya reytinqində birinci yerdədirlər

İran ağırlıq qaldıranları yaş qrupları üzrə gənclər və böyüklər arasında birinci yerdədirlər.

Ağırlıq qaldırma üzrə dünya reytinqinin açıqlandığı zaman Rəsul Mötəmidi yeganə iranlı qağırlıq qaldıran olub ki, birinci yerdə qərarlaşıb.

Mir Mustafa Cəvadi, Əli Davudi, Kiyanuş Rüstəmi, Məhdi Kərəmi, Peyman Can və Ayət Şərifi də öz çəki dərəcələrində dünyanın ən üstün 10 ağırlıq qaldıranlarından sayılırlar.

Həmçinin, gənclərin dünya reytinqində kişilər arasında 4 iranlı ağırlıq qaldıran öz çəki dərəcələrində ən üstün 3 nəfər arasındadır. Bu arada Əlirza Yusifi, super ağır kateqoriyada yeganə iranlı ağırlıq qaldırandır ki, cavanlar arasında dünya reytinqinin birinci yerində dayanıb.

Əlirza Muini, Muhəmməd Məsud Məmivənd və Əlirza İsfəndiyarı, dünya rentinqində İranın digər görkəmli ağırlıq qaldıranlarıdırlar.

Amma yeniyetmələrin dünya rentinqində iranlı ağırlıq qaldıranların əli boşdur və yalnız Taha Nemətinin adı super ağırlar kateqoriyasında dünyanın görkəmli idmançıları arasında gözə dəyir. O, 102+ kq çəki dərəcəsində ikinci yerdədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir