İranın yüz iki kiloqram çəki dərəcəsindəki nümayəndəsi Rəsul Mötəmedi Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında üç qızıl medal almağı bacarıb.
iRİB-nin məlumatına əsasən, Beşinci İslam Həmrəyliyi Oyunları avqustun doqquzundan on səkkizinədək keçirilir.
İran karvanı bu yarışların on altı idman növündə iki yüz qırxdan çox idmançı ilə iştirak edir.
İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının son günündə İran nümayəndələri yüz iki kiloqram çəki dərəcəsində güclərini sınayıblar və sonda Rəsul Mötəmedi üç qızıl medalla çempion adını qazana bilib.
Bu çəki dərəcəsində Nigeriya, Əlcəzair, Türkiyə, Ərəbistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan Respublikası və İrandan on ağır atlet iştirak edib.
Qeyd edək ki, İranı bu çəki dərəcəsində iki ağırlıqqaldıran təmsil edib.