Elm təməlli bir şirkət, İranı ağıllı skaner istehsal edən 6 ölkə arasına daxil etməyi bacarıb. İnnovativ xüsusiyyətli bu cihaz, bir çox dövlət orqanları və müəssisələrində istifadə oluna bilər.
Bu günlərdə süni intellek texnologiyası bir çox sənayelərdə inqilab edib və elekton xidmətlərin yaxşılaşmasına səbəb olub. Süni intellek vasitəsilə şəkil emal texnologiyasının yaxşılaşması insan səhvlərini də azaldıb, xidmət keyfiyyəti və sürətini yüksəldib.
Ağıllı skaner cihazı, dünyada yalnız 6 ölkədə, o cümlədən elm təməlli bir şirkətin texnoloji səyləri nəticəsində İranda istehsal olunan texnologiyalardan biridir.

Hosh Kavan Fara Pardaz TOS şirkətinin icraçı direktoru Mehdi Haşimi, bu texnoloji məhsul barəsində deyib: 2018-ci ildən bu günədək sənəd skaner cihazı, Çin yaxud Avropa ölkələrindən ölkəyə gətirilirdi və özünə məxsus problemləri var idi; o cümələdən satışdan sonra dəstək və ximət göstərilmirdi. (Ölkədəki) şirkətin istehsal etdiyi bu cihaza yeni və unikal imkanlar artırılıb.
O, cihazın xüsusiyyətləri barəsində deyib: Ağıllı sənəd skaner cihazında bütün şəxsi məlumatlar tamamilə ağıllı bir şəkildə və operatorun yaxud istifadəçinin müdaxiləsi olmadan çıxarılır. İstifadəçi tərəfindən məlumatların yazılması yaxud daxil edilməsinə ehtiyac yoxdur. Bu cihaz, sənədlərin saxta olmasını müəyyənləşdirmə qabiliyyətinə də malikdir və sənədlərin saxtalığını yüksək təhlükəsizlik səviyyələri ilə müəyyən edə bilir.
Haşimi, bu məhsulun müştərilərinə işarə edərək deyib: Bu cihaz, müxtəlif xüsusiyyətlərlə 3 versiyada istehsal olunub. Xüsusilə cihazın qəlibinin hazırlanmasında İnnovasiya və Rifah Fondunun dəstəyi ilə onun istehsalını sənaye miqyasında izləyə bildik. Bu şirkətin istehsal etdiyi skaner, qonşu ölkələrdən bəzilərinə ixrac edilir və müştərilərimizin 80%-ni özəl sektorlar təşkil edir. Bu skaner, hotel, təcili tibbi yardım, polis idarələri və hüquq-mühafizə orqanları kimi müxtəlif sektorlarda istifadə oluna bilər.

Haşimi, elm təməlli şirkətin məhsullarının alışında dövlət sekorlarının dəstəyinin zəruriliyinə işarə edərək deyib: Bu cihazın özəl sektorlarda müştəriləri və alıcıları var. Amma dövlət sektorları, xüsusən də hüquq-mühafizə orqanları bu cihazın müştəriləri ola bilərlər.
O, elm təməlli məhsullar bazarının yaradılması və inkişafında nümayəndəliklərin və ixtisaslaşmış brokerlərin mövcudluğunun təsirli olduğunu bildirərək deyib: Bu nümayəndəliklər bazar inkişafı və həmçinin, məhsulların ixracatı mövzusunda texnoloqlara kömək edə bilərlər. Amma müxtəlif istisaslaşmış nüməyəndəliklərin olması gərəklidir ki, süni intellek kimi bütün texnologiya sahələrini əhatə edə bilsin.
Prezident, bu şirkətin istehsal etdiyi məhsula baxış keçirib.
