İnsult, ürək tutması və ağciyər emboliyası dərmanının lokallaşdırılması

İranlı tədqiqatçılar insult, ürək tutması və ağciyər emboliyasının müalicəsində istifadə olunan damarda qan laxtalarını həll edən dərmanı lokallaşdırmağa nail olublar.

Elmi müavinliyə istinadən verilən məlumata görə, bu dərman elm təməlli şirkətlərdən biri tərəfindən lokallaşdırılıb. Bu şirkət 2014-cü ildə sağlamlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə yaradılıb və əsasən ürək-damar dərmanları sahəsində fəaliyyət göstərir.

Bu şirkət 7 il ərzində yeni dərmanların seçimində və həmçinin məhsulların elmi qiymətləndirilməsində öz mütəxəssislərindən bəhrələnməklə inkişaf yolunda böyük addımlar atıb. Bu şirkətin işçi qüvvəsinin 40 dəfə artaraq 2014-cü ildə 3 nəfərdən 2021-ci ildəki 135 nəfərə yüksəlməsi bu inkişafın təsdiqləyicisidir.

Bu şirkət yarandığı gündən AR-Ge departamentində kimyəvi preparatlardan əlavə, rekombinant və biosimilar dərmanların istehsalına da diqqət yetirməyi gündəmində saxlayıb. Bu qrupun ilk məhsulu ən mürəkkəb rekombinant zülal preparatlarından və insultun qəti müalicə dərmanı olan ALTELYSE dərmanıdır ki, ürək infraktının müalicəsinə kömək edir.

Bu şirkətin istehsal meneceri Mürtəza Möhsini bu şirkətin elm təməlli məhsulunun təqdimatında deyib: ALTELYSE (Alteplase preparatının biosimilar nümunəsi) toxuma plazminogen (tPA) aktivləşdiricisi kimi tanınır və ürək, beyin infarktlarında və ağciyər emboliyasının müalicəsində istifadə olunur. Bu məhsul qabaqcıl texnologiyadan və dünyanın müasir avadanlıqlarından istifadə edilməklə istehsal olunub. O, tamamilə xarici məhsul kimi təsir göstərir.

O, sözlərinin davamında deyib: Bu dərmanın iş prinsipi bundan ibarətdir ki, o, qan laxtalanması sisteminin əksinə işləyir. Əslində, Altelyse təbii bir fermentdir və o, fibrini (laxta yaranmasında əsas rolu olan) parçalayır, insult ya ürək tutması və həmçinin ağciyəremboliyası nəticəsində əmələ gəlmiş qan laxtasını effektli şəkildə həll edir və qan cərəyanını yeniləyir. Buna görə də, o, qan damarlarında qan laxtalarını həll etmək üçün istifadə olunan bir dərmandır. Bu dərman kəskin miokard infarktında (AMİ) ölüm və ürək çatışmazlığı hallarının azaldılması üçün trombolotik terpiyada, ağır kəskin ağciyər emboliyasında (PE) trombolotik terpiyada və kəskin işəmik insult trombolitik terpiyada istifadə olunur.

Onun sözlərinə görə, bu dərmanın tədqiqat və inkişaf prosesi 6 ilə yaxın çəkib. Hazırda dərman İran bazarına daxil olub və onun kütləvi istehsal imkanı yaranıb.

Möhsini, həmçinin bildirib: İldə 20 min flakon istehsalı planlaşdırılıb ki, bununla da daxili bazarın ehtiyacını ödəməkdən əlavə, ixracat imkanı da var.

Şirkətin istehsal direktoru bu dərmanın ölkəyə əhəmiyyətli dərəcədə valyuta gəliri gətirə biləcəyinə işarə edərək deyib: Altelyse dərmanı ölkə daxilində 7 milyon tümənə, ixrac qiyməti isə 27 milyon tümənə təqdim edilir ki, bu da valyuta qənaətində yardımçı ola bilər.

Bundan əlavə, Möhsini bu məhsulun ixracı barəsində deyib: Oman, Bosniya və Herseqovina və Kolumbiyadan ixrac təklifi almışıq. Tezliklə bu ölkələrə ixraca başlayacağıq.

O, sonda bildirib: Hal-hazırda bu məhsulun istehsalında 30 nəfər fəaliyyət göstərir, amma daha çox işçi qüvvəsi cəlb etmək niyyətindəyik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir