İnsulin vermədilər, özümüz hazırladıq!

İran dərmanları xarici bazarlarda Amerika dərmanlarını necə əvəz etdi?

Uzun müddətdir ki, xarici media “İrana qarşı dərman sanksiyası mövcud deyil” iddiası ilə təbliğat aparır. Amma İrana xüsusi və həyati əhəmiyyət kəsb edən dərmanları idxal etməyə icazə vermirlər. İnsülin, kəpənək xəstəliyi, xərçəng xəstəliyi üçün olan dərmanların belə idxalına izn verilmir. Kəpənək xəstəliyinə düçar olan 15-ə yaxın iranlı ABŞ-ın dərman sanksiyası səbəbindən xüsusi sarğılarla təmin edilməyindən infeksiyalara aludə olub və həyatını itirib.

ABŞ-ın İran dərman bazarına tətbiq etdiyi sanksiyaların kölgəsi o qədər ağırlaşmışdı ki, xərçəng xəstələri və digər əlacsız xəstələr xəstəliyin ağrılarına dözməkdən əlavə, qara bazarda dərman tapmaq üçün inanılmaz əzab-əziyyətlərə düçar olurdular.

İranın Elm və Texnologiya Nazirliyinin Biotexnologiyanın İnkişafı Qərargahının rəhbəri Mustafa Qanei bildirib ki, artıq İran özü ehtiyacı olan dərmanları, texnologiyaları istehsal edir, hətta onları xarici bazarlara da çıxarır. İran artıq ölkənin tələbatını ödəməkdən əlavə, ixracata başlayıb, xarici bazarlarda Amerika və Avropa məhsulları üçün ciddi rəqibə çevrilib.

Mustafa Qanei əlavə edib ki, İran bütün bu nailiyyətlərə, inkişafa İslam İnqilabı sayəsində çatıb. Əgər İslam İnqilabı olmasaydı, İran hələ də ölkənin tələbatını təmin etmək üçün xarici bazardan asılı vəziyyətdə qalacaqdı. /İslamTimes/

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir