İnsulin dərmanı ölkədə istifadəsi yüksək miqdarda olan dərmanlardandır. Digər tərəfdən də sanksiyalara görə, ciddi çatışmamazlığa düçar olduq. Elitalar işə başladılar və indi onun ilk istehsal xətti işə salınıb.
“İnsulin yoxdur”- bu, 2020-ci ilin payızında qısa müddət ərzində ölkədə sağlamlıq üçün qırmızı həyacan siqnalına çevrilən və həmçinin insulin xəstələrinin apteklərdəki uzun sıralarını əmələ gətirən qısa və xəbərdar edici cümlə idi. Bank sanksiyası insulin idxal edilə bilməməsinə səbəb olmuşdu. Nəticədə, minlərlə yerli vətəndaş o zaman həyat əhəmiyyətli və möhtac olduqları dərmanlarıdan birinin yoxluğu ilə üz-üzə qalmışdılar.
Bu da ölkədəki elita və tədqiqatçıların bu əhəmiyyətli dərmanın istehsalına başlamalarına səbəb oldu.
İlk növbədə qələm insulinin komponentləri və şprisləri lokallaşdı və İran daxili ehtiyacdan əlavə, onu digər ölkələrə də ixrac etməyi bacardı.
Amma insulin istehsalının ən əsas hissəsi onun xammalı idi ki, biotexnologiya elitaları onu lokallaşdırmağı bacardılar. İndi onun kütləvi istehsal xətti istifadəyə verilib. İran insulin dərmanını tam olaraq istehsal etmə bacarığına malik olan ölkələr arasına qoşulub.
Montaj dərmanlar və xammal çatışmazlığı
Bu prosesin hekayəsi 2020-ci ilin payızında xəsətələr üçün çoxlu problemlər yaradan insulin çatışmazlığından başladı. O cümlədən xəstələri daha qədim texnologiyalarla istehsal olunmuş insulinlərdən istifadə etməyə sövq etdi və xəstələr insulin ehtiyaclarını təmin etmək üçün köhnə nəsil insulinlərdən istifadə etməyə məcbur oldular.
Qida və Dərman Təşkilatının o vaxtkı sözçüsü Kiyanuş Cahanpur 2020-ci ilin Noyabr ayında bildirdi ki, yenicə bir şirkət ölkədə qələm insulin istehsalı xətti işə salıb, amma bu şirkət əslində bu dərmanı ölkə daxilində montoj edir. Əslində ehtiyac duyulan maddələr və avadanlıqlar xaricdən gətirilir və İranda montaj edilirdi. Xammala olan sanksiyayla bu şirkət də lazım olan insulini istehsal edə bilmədi. Qida və Dərman müavinliyi də bildirdi ki, qələm insulin istehsal etmək üçün addımlar atan 3 əczaçılıq zavodu avadanlıqların və xammalın təmin olunması problemi ilə üzləşib.
2020-ci ilin payızında qarışıqlıq və insulin çatışmazlığı şəraiti ictimaiyyəti mühüm ehtiyaca yönləndirdi. O ehtiyac, idxala ehtiyacın olmaması və istifadə edilən dərmanlara geri dönməyə məcbur olmamaq üçün ölkədə insulin istehsalı xəttinin təkmilləşməsi, bu dərmanın istehsalının əvvəlindən sonunadək təşkil olunmuş zəncirin ölkədə olması zərurəti idi.
İnsulin xammalı istehsal xəttinin işə salınması
Bu ilin Sentyabr ayı mühüm bir xəbərlə başladı: İranda ilk insulin xammal istehsal xəttinin açılşı. Bu xəbər onu göstərir ki, ölkədə tam insulin istehsalı zəncirinə yetişmək və özünü təmin etmək mərhələsinə çatmaq üçün atılan addımlar bir-bir həyata keçməkdədir.
Deyildiyi kimi bundan əvvəl insulin Hindistan və Avropa ölkələrindən gətirilirdi və İran yalnız qablaşdırma, montaj, dərman flakonlarının doldurulmasını həyata keçirirdi. Onun nəticəsi də ölkədəki bir çox montaj sənaye sektorları kimi bəzən çatışmazlıqla sonlanırdı.
Bu gün texnoloqların güc və səyləri nəticəsində İran insulin istehsalı texnologiyasının ilk mərhələsindən, yəni hüceyrə hissəsindən onun emalı və istehsalına qədər olan mərhələyə sahibdir. Bu irəli atılan addım İranı insulin istehsalı texnologiyası gücünə sahib məhdud sayda olan ölkələr arasına qatır və insulin xammalı istehsal edən 7-ci ölkə edir.
Bu istehsal xətti illik olaraq 700 kq insulin istehsalı tutumunu həyata keçirəcək. Şirkətin baş direktoru Əbdür-Rza Təbərinin sözlərinə görə, “bu dərman maddəsinin sınaq istehsalı başlayıb ki, kliniki araşdırmalardan və bu məhsulun iqtisadi istehsalından sonra kütləvi istehsal prosesi başlasın.” İnsulin xammalı kliniki təsdiqlər əldə etdiyi, sənaye istehsalı və bu məhsulun səhiyyə bazarına təqdim olunduğu təqdirdə, ölkəyə 100 milyon avrodan çox valyuta qənaəti gətirəcək.
Bu nailyyət barədə maraqlı məqam budur ki, bu xammal məhdud sayda transmilli şirkətlərdən birində və xarici investisiya ilə istehsal olunur. Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavininin sözlərinə görə, bu maddə “transmilli və daxilində əhəmiyyətli dərəcədə paya sahib olan gənc mütəxəssislərin olduğu elm təməlii bir şirkətin köməyi ilə ərsəyə gəlib.”
İnsulin komponentlərinin istehsalında özünü təmin etmə
Ölkədə elm təməllilərin və güclü tədqiqatçıların olmasına baxmayaraq, insulin istehsal etmək üçün tədqiqat çatışmazlıq dövründən başlamışdı. Amma bu dərmanın ölkədə xammal kimi təmin etmə zəncirinin təkmilləşməsinə ehtiyac vardı. Halbuki, şpris kimi insulini təşkil edən komponentlər və müxtəlif hissələr də uzun illərdir ki, İranda istehsal olunur.
İranın Şpris və İynə Başı İstehsalçıları Sindikatının katibi Xudayar Eyni cari ilin Avqust ayında bildirdi: “Ölkənin il ərzində şprisə olan ümumi ehtiyacı təxminən 800 milyon-1 milyarddır. Halbuki, ölkənin şpris zavodlarının istehsal miqdarı 3 milyarddan çox olur.”
Əslində, İran hal-hazırda insulin şprisi də daxil olmaqla, şpris istehsalında özünü təmin etmə mərhələsinə çatıb. Amma bu dərmanın istehsal olunması üçün onun xammalı üçün bir şey fikirləşmək lazım idi.
İnsulin xammalı istehsalı xəttinin istifadəyə verilməsi bu zəncirin ölkədə təkmilləşməsinə və daxili ehtiyacdan əlavə ixrac bazarına əlavə dəyərlə daxil olmasına kömək edən əsas addım idi.
Növbəti addım, insulin istehsalında özünü təmin etmə
2022-ci ildə Səhiyyə Nazirliyi tərəfindən elan olunan statistikaya əsasən, 25 yaşdan yuxarı insanların 11%-i şəkər xəstəliyinə düçardır ki, bu da ölkədə 5.5 milyon insan deməkdir və bu xəstəlik İranda artmaqdadır.
İranın ilk xammal mərhələsindən insulin istehsalı texnologiyasına sahib olan ölkələr arasında olması bir növ ölkənin səhiyyə sahəsindəki təhlükəsizliyini təmin edir. Daxili istehsal 2020-ci ilin payızındakı hadisənin təkrarlanmamasına səbəb olacaq. Sanksiya siyasətlərinin qəbul olunduğu və insulinin ölkəyə daxil olması üçün məhdudiyyətlər tətbiq olunduğu təqdirdə, bu dərmandan istifadə edən bir milyondan çox xəstə ehtiyac duyduğu insulini ölkə daxilində təmin edə biləcək.