İmam Rza hərəmində terror edilən şəhidlərin izdihamlı dəfn mərasimi – Video

Şəhid Höccətül-İslam Darayinin dəfn mərasimi Məşhədin Mehdiyyə şəhərciyindən İmam Rzanın (ə) hərəmi istiqamətində keçirilib. Mərasimdə xalq coşğu ilə iştirak edib və bu mücahid ruhaninin cənazəsi İmam Rzanın (ə) hərəmində torpağa tapşırılıb.
Məşhədin Mehdiyə şəhərciyində keçirilən əzadarlıq mərasimində mərsiyələr oxunub. Mərasim müqəddəs Məşhəd şəhərinin şəhid ailələri, ruhani və alimlər, Rəzəvi (ə) hərəminin xadimləri və bir qrup məsul şəxsin coşğulu iştirakı ilə keçirilib.
Məşhədin İmam Rza (ə) küçəsi İmam Rza (ə) hərəmində baş vermiş terror hadisəsinin ikinci şəhidini son mənzilə yola salmaq üçün artıq iki gündür böyük izdihama şahiddir.
Zəvvarlar və İmam Rza (ə) hərəminin qonşuluğunda yaşayan sakinlər “Amerikaya ölüm!”, “İngiltərəyə ölüm!” şüarları səsləndirərək qlobal müstəmləkəçilik və istismara qarşı ikrah hisslərini dilə gətirmiş və müqəddəs hərəmdə törədilən terror hadisəsini və iki mücahid ruhaninin qətlini pisləmişlər.
Bu şəhidin cənazəsi hərəmin “Respublika” həyətində, 1994-cü ildə İmam Rza (ə) hərəmində törədilən terror cinayətinin şəhidləri kənarında dəfn ediləcək.
Müqəddəs Məşhəd şəhərində günorta azanı zamanı, Şəhid Darayinin cənazəsi cümə namazından sonra cənazə namazı qılınması üçün Rəzəvi hərəmindəki İmam Xomeyni (r.ə) eyvanına gətirilib.
Ali Məqamlı Rəhbərin Xorasan Rəzəvi vilayəti üzrə nümayəndəsi tərəfindən cənazə namazı qılındıqdan sonra şəhid Aslani və şəhid Darayinin cənazələri dəfn edilib.
Şəhid Höccətül-İslam vəl-müslimin Məhəmməd Aslani və Məhəmmədsadiq Darayinin anım mərasimi Ali Rəhbərin Xorasan Rəzəvi üzrə nümayəndəsi və İmam Rza (ə) hərəmin idarə heyəti tərəfindən hərəmin Gövhərşad məscidinin eyvanında keçirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir