İltihabın aşağı salınması və xərçəngin qarşısının alınmasına kömək edən sarıkökdən hazırlanmış dərman

İranlı tədqiqatçılar sarıkök və onun kurkumininin(sarıkökün aktiv hissəsi)  bioloji təsirlərindən istifadə etməklə iltihab əleyhinə, antioksidant təsirlərə malik və xərçəngin qarşısı alan dərman kapsulları hazırlayıblar.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nanotexnologiyaların İnkişafı Mərkəzinin dəstəyi ilə hazırlanan bu məhsul, yayılma və suda həll olma qabiliyyətinə malik kurkuminə sahibdir. Kurkumin, suda həll olmadığına görə, bədən tərəfindən sovrulmur. Buna görə də su mühitində kurkuminin həll edilməsinin çoxlu fayfdaları var.

Kurkuminin problemlərindən biri, onun bədənin su mühitində az həll olmasıdır. Buna görə də bu problemi azaltmaq üçün kurkumin, nanomiseldə yüklənmiş formada hazırlanır ki, bu da kurkuminin bədəndə sovrulma qabiliyyətinin yüksəldilməsi və onun səmərəlilyinin artırılmasına səbəb olur. Bu məhsul, İranda İksir Nano Sina şirkəti tərəfindən ucuz qiymətdə istehsal olunaraq bazara çıxarılıb və “qaraciyər və həzm sistemini yaxşılaşdıran” adı ilə istifadə olunur.

Həmçinin, Kurkumin Sina kapsulu, “şəkərli diyabetin köməkçi müalicəsi”, “zədələnmiş toxumaların bərpası”, “kimyaterapiyanın yan təsirlərinin azaldılması”, “qanda laxtalanmanın qarşısının alınması”, “Alzheimer və Parkinsonun müalicəsinə kömək” və “xolesterolun aşağı salınması”-nda təsirlidir.

Kurkumin lipofilinin təbiətinə görə, adi formalarda (toz, kapsul və tablet) kurkuminin sovrulması çox aşağıdır. Amma Sinakurkumin məhsulunda kurkumin nanomiselləri hidrofobik hissədə saxlanılır. Bu sferik nanomiseller təxminən 10 nanometrlik hissəciklərə malikdir və kurkuminin suda həll olunma qabiliyyətinin artmasına səbəb olurlar. Məhsul, istifadə edildikdən sonra kurkumin nanomesillərə sahib yumşaq gel kapsullar 15 dəqiqən az bir vaxtda mədənin asidik mühitində açılaraq mədədə yayılır.

Bu məhsul, mədənin asidik mühitində an azı 6 saat stabil olaraq qalır, aradan getmir və bütöv şəkildə kiçik bağırsağa keçir. Nanomisellər kiçik bağırsağa çatdıqdan sonra yağda həll olunan birləşmələrin sovrulmasına qarşı mane olan bağırsaq epitel hüceyrələri səthindəki su qatına toxunmamış kurkuminin ötürülməsini asanlaşdırır və udma yolu ilə kurkuminin sovrulma qabiliyyətinin artmasına səbəb olurlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir