İlk mRNA əsaslı koronavirus peyvəndi olan Koronapsin, klinik sınaq mərhələsinə çatıb

Elm təməlli şirkətlərin birində hazırlanan mRNA əsaslı İrana  məxsus ilk koronavirus peyvəndi Qida və Dərman Təşkilatının razığı ilə klinik sınaq mərhələsinə çatıb.

Peyvəndlərin bir çoxu immun cavab yaratmaq üçün zəif yaxud qeyri-aktiv mikrobu bədənə daxil edirlər, amma mRNA peyvəndləri belə deyil. Bu peyvəndlər laboratoriyada hazırlanmış mRNA-ya sahibdirlər və bədənə daxil olduqdan sonra immun cavab yaradan proteinlər yaradırlar. Bu immun cavab, əslində antikorlardır ki, peyvənd vurulduqdan sonra bədəndə əmələ gəlirlər, virus bədənə daxil olan zaman bədəndə infeksiya və xəstəliyin qarşısını alırlar.

mRNA peyvəndlərinin digər peyvəndlərə nisbətən ən mühüm üstünlüyü, kənar maddələrdən kömək almadan (adjuvant) peyvəndin tərkibində qan immun cavabını və hüceyrə immun cavabını eyni zamanda induksiya etmə qabiliyyətinə malik olmasıdır. Həmçinin, bu növ peyvəndlərin hazırlanmasında sürət və çeviklik, pandemiya zamanı sürətlə yeni peyvəndləri hazırlamağa, virus və insan tələfatı artımının qarşısını almağa səbəb olur.

Tamamilə İrana məxsus Renap peyvəndi də həmin texnologiya əsasında və Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin dəstəyi ilə hazırlandıqdan, Qida və Dərman Təşkilatının lisenziyasını əldə etdikdən sonra klinik sınaqların birinci mərhələsinə daxil olub. Tezliklə könüllü şəxslərin üzərində sınaqdan keçiriləcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir