İlk İran şirkəti mühüm beynəlxalq sertifikat verən qrum kimi qəbul edilib

Elm təməlli bir İran şirkəti İran İslam Respublikasının ilk laboratoriya şirkəti kimi Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) nəzdində beynəlxalq serkifikat verən qrum və beynəlxalq sistem sınaq laboratoriyası olaraq qəbul edilib.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Rabitə və İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata əsasən, Elm Təməlli Enerji Sənayesi Laboratoriyaları Şirkəti İran İslam Respublikasının ilk laboratoriya şirkəti kimi Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) nəzdində beynəlxalq serkifikat verən qrum və beynəlxalq sistem sınaq laboratoriyası olaraq qəbul edilib.

Milli Standartlar Təşkilatının yazışmaları və təqiblərin ardınca və Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Elm Təməlli Enerji İqtisadiyyatının İnkişafı Mərkəzinin əməkdaşlığı ilə, bu şirkətin İran İslam Respublikası tərəfindən seçilərək təqdim olunmasından, IECEx sisteminin əsas qaydaları uyğun olaraq icra prosesindən və Avstraliya, Çin və Cənubi Afrikadan olan qiymətləndirmə qrupunun altı günlük yekun auditindən sonra qiymətləndirmə hesabatı səsvermə üçün 3 Avqust tarixindən 18 Sentyabra qədər beynəlxalq sistem portalında yerləşdirilib. Bu sistemə üzv olan 36 ölkədən 33-nün səsi ilə elm təməlli İran şirkəti beynəlxalq sertifikat verən qrum və beynəlxalq sistem sınaq laboratoriyası olaraq qəbul edilib.

Beynəlxalq forumlarda dəyər yaratmaq və ölkənin mövqeyini yaxşılaşdırmaq, ölkədəki aidiyyatı orqanlara beynəlxalq etibar bağışlama, sertifikatların xərclərinin və verilmə vaxtının azaldılması, daxili məhsulların və malların himayəsinə zəmin yaratmaq, ixracatın asanlaşdırılması və xarici investisiyanın artırılması, valyuta çıxışının qarşısının alınması və daxili istehsal olan məhsullara beynəlxalq inam yaratmaq məqsədi ilə sertifikat verən qrumların, sınaq laboratoriyalarının və daxili yoxlama şirkətlərinin tapılaraq tanıtdırılmasının əhəmiyyəti var.  

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir