İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi şimal-cənub koridorunun şərq qolu vasitəsi ilə ilk dəfə olaraq Rusiyanın yük qatarının İrana daxil olmasından xəbər verib.
İran hökumətinin qonşu ölkələrlə tranzit yüklər sahəsində əlaqələrin artırılması siyasətini yürütdüyünü deyən R.Qasimi bildib ki, bu yük qatarı 39 yük kantineyrini Rusiyadan Qazaxıstan və Türkmənistan yolu ilə İrana gətirib və İranın cənubunda şəhid Rəcayi limanında boşaldacaq, yüklər oradan dənizlə Hindistana nəql olunacaq.
Nazir qeyd edib ki, qonşu ölkələrlə hazırda İrandan 20 milyon ton yükün tranzit olunması sahəsində razılıq əldə olunub və bunun bir hissəsi də icra olunub.
Onun sözlərinə görə, Rusiyanın yük qatarı ilk dəfədir ki birbaşa Rusiyadan İrana gətirilib və şəhid Rəcayi limanına aparılır.
“Qatar 3800 kilometr yol gələrək Türkmənistanla sərəxs sərhəd keçidindən İrana keçib.
İranın yol və şəhərsalma naziri regional və beynəlxalq transit sahəsində İranın əvəzolunmaz mövqeyini vurğulayaraq şimal-cənub nəqliyyat koridorunun qərb qolu olan Azərbaycan Respublikasından keçən marşrutunun da boyuk əhəmiyyət daşıdığını xatırladıb. Bu marşrutların hər birinin yüklərin məqsədinə uyğun olaraq əlverişli cəhətlərinə diqqət çəkib.