Neft, qaz sektorlarından tutmuş polad dəyər zənciri sektoruna qədər müxtəlif sənaye səhələrinin strateji maddələrinin və avadanlıqlarının satışına qoyulan sanksiya, İran sənayesinə zərbə vurmaq və müzakirələri qəbul etməkdən ötrü təzyiq göstərmək üçün qərbin İran əleyhinə olan əhəmiyyətli strategiyalarından biri idi. Yeni sanksiyaların tətbiq edilməsi ilə kompressorlar, motorlar, nəzarət klapanları, reaktorlar və katalizator kimi neft,qaz sənayesində istehsal prosesi üçün strateji maddələr İrana satılmırdı. Bu maddələri ələ gətirmək üçün OFAC və ABŞ xəzinədarlığının nəzarəti olmayan hər hansi bir yer tapılsaydı, bu maddələrin tadarük zəncirinə sanksiya və ağır cərimələr qoyulurdu.
Belə bir şəraitdə “İlk dəfə istehsal” adlı işçi qrupu yaradıldı ki, ölkə səviyyəsində elm təməlli şirkətlərin əldə etdiyi bilik və qüdrətə söykənməklə ölkə sənayesi üçün lazım olan strateji əhəmiyyətli maddələrin ilk dəfə istehsalı və lokallaşması üçün zəmin yaradılsın. Həmçinin, həmin sənayelər tərəfindən əldə olunan istehsal məlumatlarından istifadə edərək sənayeni dəqiq öyrənməklə bu strateji əhəmiyyətli maddələrin daxili istehsalına tərəf addım atılsın.
Milli Qaz Şirkətinin Malların Təsnifatı və Standartlaşdırılması İdarəsinin sədri Əbulfəzl Xərrat bu barədə deyib: Xarici ölkələrin, onların qüdrəti altında olan şirkətlərin bizə tətbiq etdikləri sanksiyalarla ən yaxşı mübarizə, bizim bu sanksiyalardan bir fürsət kimi istifadə etməyimiz və avadanlıqlar sahəsində təsirli addımlar atmağımız oldu. Beləliklə də, biz neftin pulunu onlara verməyib, istehsal və məşğulluq üçün istifadə etdik.
O, xatırladıb: Texnoloji avadanlıqları istehsal etdiyimiz zaman dörd yaxşı hadisə baş verib: İlk növbədə o məhsul haqqında biliyə sahib olduq və onun hansı məhsul olmasının da fərqi yoxdur. Mümkündür o, turbin, komressor, nəzarət sistemi və.s olsun. İkinci hadisə ondan ibarətdir ki, istehsalla yanaşı onu təmir də edə bilərik və təmir üçün xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur. Üçüncü hadisə onun ehtiyat hissələrinin hazırlanmasıdır. Sonuncu hadisə isə novbəti layihələr üçün bu aparatın idxalına ehtiyacın olmamasıdır. Bu da öz növbəsində xərclərin azaldılmasında bizə çox kömək edə bilər.
Sözlərinin davamında deyib: Əldə olunan avadanlıqlar ölkə daxilindəki elm təməlli şirkətlər tərəfindən istehsal olunub. Yaddan çıxarılmamalıdır ki, bu istehsallar ölkə üçün üstünlük bəxş edir. Bir vaxtlar neftdən gələn gəliri həmin xaricilərə qaytarırdıq ki, bizə lazım olan məhsulları versinlər. Amma indi pulları onlara verməyəcik, əksinə qüdrətli və elm təməlli şirkətlərə xərcləyəcik.
Elm təməlli şirkətlər sanksiyalardan bir fürsət kimi istifadə edərək, strateji avadanlıqları ilk dəfə olaraq istehsal etməyə müvəffəq oldular. Bu isə istehsal xərclərini aşağı sala və neft satışı sanksiyasını təsirsiz edə bilər. Biz avadanlıqalrın istehsalında ölkədə çox istifadə olunan və tanınmış brendlərə malik olan məhsulların sorağına getdik. Təəssüflər olsun ki, o şirkətlər bizə təzyiq edir və nəzarət sistemimizə təhdidlər tətbiq edirdilər. Bu da onların məhsullarının İran daxilində istehsal olunmasına, lokallasşmasına və onların avadanlıqlarına ehtiyacın aradan getməsinə səbəb oldu.
O, həmçinin deyib: Cənubi Parsda qaz hasilatının artmasında neft, qaz sənayesinin müxtəlif sektorlarında daxili qüdrətə arxalanmaq, İran istehsalı olan katalizatorların Rusiya neft kimyasına ixracı və Venezuela neftayırma zavodlarında neftayırma avadanlıqlarından istifadə edilməsi, son bu bir ildə sanksiyaların təsirinin aradan getməsi üçün mühüm nailiyyətlərdəndir.
İxtisaslaşdırılmış qaz bazarının texniki direktoru İranın region ölkələrindəki neftayırma zavodlarına işarə edərək deyib: Xoşbəxtlikdən biz neftayırma zavodlarının tikilişi və təmiri bacarığını əldə etmişik və lokallaşdırdığımız avadanlıqlarla digər ölklərə, o cümlədən Venezuelaya kömək edə bilrək.
O, deyib: Biz orta texnologiya sənayesində Avropa ölklərinin sahib olduqları məhsulları istehsal etməyi bacarmışıq. Doğurdan da biz dünya standartlarına uyğun olan avadanlıqları istehsal və ondan istifdadə etməyə qadirik. Hal-hazırda bu məhsullar regionda istifadə edilməyə hazırdırlar. Çünki, ölkə xaricindəki beynəlxalq sərgilərdə də elm təməlli şirkətin texnologiyaları liderlik edir və yüksək rütbəyə sahibdir.
Xərrat ölkə daxilində cənubi Pars kompleksində “ilk dəfə istehsal” məhsullarından istifadə olunması barədə deyib: 40 min ədəd neft, qaz sənayesi məhsulu lokallaşıb və 100 ədəd strateji məhsulun istehsalı gündəmdədir. Milli qaz şirkəti, xüsusən də cənubi Pars bu məhsulların alıcısıdır. Çünki, onlar həm ölkənin qazını istehsal edirlər, həm də yerli şirkətlərin güclənməsini dəstkləyirlər.
O, sonda deyib: Parlamentin keçən il gördüyü yaxşı iş bu oldu ki, bəzi strateji malların idxalının qarşısını aldı və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün bir sıra qərarlar, təşviq edici layihələr hazırlayıb imkanlar yaratdı. Bu texnoloji ekosistemdə hər bir qrumun öz rolu var. Hər bir qrum öz işini düzgün şəkildə yerinə yetirsə, ölkədə düzgün və çox arzu olunan bir dövriyyə formalaşacaq.