Ötən ildə İranda bir neçə qabaqcıl və xüsusi dərmanların istehsal xəttinin açılışı oldu, hansı ki, onlar İranı bu dərmanların dünyadakı məhdud saylı istehsalçıları arasına qatdı. Bunlar xalqın iştirakı ilə istehsal sıçrayışı ilində ilin devizinin həyata keçməsinə kömək edə biləcək istehsal xəttləridir.
Əgər ölkənin elm təməlli məhsulları arasında onların ən qabaqcılları və ən mühümlərini ayırmaq olarsa, elm təməlli əczaçılıq məhsullarının onlardan biri olması qətidir. Hal-hazırda sağlamlıqla bağlı məhsulların istehsalı sahəsində 1000-ə yaxın şirkət fəaliyyət göstərir ki, onların yarısı dərman istehsalçısıdır.
Ötən il ölkənin elm əsaslı dərman məhsulları səbətinə yeni dərmanlar da əlavə olundu. Bu dərmanlar ilk növbədə müxtəlif xəstələrin çoxunun köməyinə gəlir və növbəti mərhələdə isə İranı bu dərmanların məhdud saydakı istehsalçıları arasına qatır.
İnsult müalicəsi üçün lazım olan dərmanın istehsal xəttinin açılışı
“Alteplase” dərmanının istehsal xəttinin açılışı aczaçılıq fəaliyyəti ilə məşğul olan elm təməllilər arasında baş verən müsbət və vacib məsələlərdən biri idi. Alteplase insultun müalicəsi üçün ABŞ Qida və Dərman Təşkilatının (FDA) təsdiq etdiyi yeganə dərmandır və İrandan başqa bu dərmanın yeganə böyük istehsalçısı ABŞ-ın özüdür. Bu istehsal xəttinin açılışı ilə İran Amerikadan sonra dünyada Alteplase istehsal edən ikinci ölkə olub.
Bu dərman məhsulu insultun müalicəsi üçün ən təsirli dərman olması ilə yanaşı, İrana böyük qlobal bazar da gətirə bilər.
İran qan xərçəngi dərmanını istehsal edən üçüncü ölkədir
Çin, Hindistan və İran. Dünyanın bu üç ölkəsi “İbrutinib” dərmanının xammalını istehsal edə bilən ölkələrdir. Bu dərman qan xərçəngi və limfomanın müalicəsində istifadə olunur. Bundan əlavə, transplantasiya əməliyyatı həyata keçirənlər də bu dərmandan istifadə edirlər.
Bu dərmandan 28 ədəd istehsal etmək üçün istifadə edilən xammalın 420 qr-lıq bir dozasının qiyməti 6500 avrodur və bu dərmanın dünyada real dəyəri 10 milyard dollardan çoxdur.
Ötən ilin sağlamlıq yönümlü məhsullarla dolu səbəti
Elm təməllilər ötən il ölkənin müxtəlif qabaqcıl məhsulları səbətinə digər sağlamlıq məhsulu əlavə edib, ölkənin səhiyyə sisteminin inkişafı üçün böyük addımlar atıblar. Qan alma borularının istehsal xətti Zəncanda və geniş həcmli istehsal tutumuna sahib atılmış böyük addımlardan biri idi. Digər tərəfdən də, İran ötən il sənaye miqyasında ən böyük insulin istehsalı xəttinin açılışını etdi.
Bunlar elm təməllilərin keçən il əldə etdikləri nailiyyətlərin bir hisssəsidir. İslam İnqilabı rəhbərinin bu ilin əvvəlində etdiyi çıxışındakı sözlərinə əsasən, bu şirkətlər ölkəyə yaxşı xəbərlər gətirib. Xatırlatmaq lazımdır ki, mürəkkəb texnologiyaların və texniki biliklərin əldə edilməsi sanksiya şəraitində baş tutub. Digər tərəfdən də, ötən ildə elm təməlli əczaçılıq sahəsindəki nailiyyətlər istehsal xəttinə aid olub və beynəlxalq bazarlara çıxmağa yönəlib. Onların bu il ilin şüarı olan “xalqın iştirakı ilə istehsal sıçrayışı”na əməl etməkdə öndə olmalarına ümid edilir.