Bu gün (çərşənbə günü) səhər, Cənubi Koreyanın Jinju şəhərində keçirilən Asiya Ağır Atletika Konfederasiyasının Komitələrinin iclasının sonunda, İran Ağır Atletika Federasiyası tərəfindən təqdim olunan namizədlərdən biri Seyyide İlham Hüseyni, Asiya Ağır Atletika Konfederasiyasının Atletlər Komissiyasının üzvü olub. Bu komissiyasının digər üzvləri Çin, Taypey, İraq, Nepaldandırlar və Ərəbistan idmançısı da sədr seçilib.
Həmçinin, Rza Pur Ali keçirilən Asiya Ağır Atletika Konfederasiyasının Mediya Komissiyasının və Hüseyn Məqami də Konfederasiyasının İnkişaf Komissiyasının üzvlüyünə qəbul olub.
Bundan əvvəl Asiya Ağır Atletika Konfederasiyasının seçimləri zamanı Səccad Ənuşirvani idarə heyətinin üzvü seçilmişdi. Behdad Səlimi, Kuroş Baqeri və Əmin Novruzi ardıcıllıqla Asiya Ağır Atletika Konfederasiyasının Teniki Komitəsinin üzvü, Tədqiqat və Müəllimlər Komitəsinin üzvü və Tibb Komitəsinin üzvü olublar. Beləliklə də, Asiya Konfederasiyasının müxtəlif kürsü və məqamlarında, o cümlədən idarə heyəti, komitələr, komissiyalarında iranlıların sayı bir neçə ay ərzində 7 nəfərə çatıb. Bu, son illərdə misli görünməmiş bir haldır.