İctimai yerlərdə xəstələrin ürəyini canlandıran texnoloji məhsul

İranlı texnoloqlar avtomatik defibrilator cihazını (ürək elektroşok cihazı) lokallaşdırmağa nail olublar. Onun ictimai yerlərdə quraşdırılması ürək dayanmasından yaranan ölüm hallarını 50% azalda bilər.

Böyük şəhərlərdə yaxud tibbi imkanlardan uzaq olan yerlərdə ürək dayanması keçirmiş insanların ürək reanimasiyası mümkün deyil. Elm təməlli şirkətlərin birində fəaliyyət göstərən iranlı texnoloqlar avtomatik defibrilator cihazını lokallaşdırmağa nail olublar. Bu cihazın ictimai yaxud nəqliyyatın çox olduğu yerlərdə quraşdırılması ilə ürək dayanması keçirən əhəmiyyətli sayda insanı həyata qaytarmaq olar.

Bu şirkət High Teck tibbi avadanlığının istehsalı məqsədi ilə 2017-ci ildə yaradılıb. Şirkət xəstələrin xilas olunmasında təsirli olması sübut olunan məhsulların inkişafı və istehsalı ardıncadır.

Həmçinin şirkətin niyyəti İranda istehsalçısı olmayan yaxud istehsalçılarının sayı ikidən çox olmayan məhsulların araşdırılması və istehsalıdır. Şirkətin hazırkı missiyası ürək-ağciyər reanimasiyasına kömək edən cihazların (CPR) istehsalıdır.

Hal-hazırda bu sahədəki ən mühüm və ən mürəkkəb cihaz avtomatik defibrilator cihazıdır. Bu şirkət ölkədə ilk dəfə olaraq bu cihazın müstəqil istehsalçısı kimi Səhiyyə Nazirliyinin təsdiqini əldə etməyə müvəffəq olub.

Şikətin baş direktoru Məhəmməd Ahəniyan avtomatik defibrilator cihazının iş prinsipi barədə deyib: Ürək dayanması keçirən insanın elektroşok verilməsi və həyata qaytarılması üçün 4-6 dəqiqə fürsəti olur. Əgər bu müddət keçərsə, sağ qalma şansı azalır. Böyük şəhərlərdə yaxud tibbi imkanlardan uzaq olan yerlərdə ürək canlandırılması həyata keçirilmir. Bu cihazın ictimai yerlərdə yaxud hava limanları, parklar, metrolar kimi hərəkətin çox olduğu yerlərdə quraşdırılması ilə ürək dayanması keçirən əhəmiyyətli sayda insanı həyata qaytarmaq olar.

O, sözlərinin davamında deyib: İnkişaf etmiş ölkələrdə ictimai yerlərdə bu cihazdan istifadə edilməsi adi bir haldır. Onun istifadəsinin xüsusi bir təcrübəyə ehtiyacı yoxdur və ilkin mərhələli təlimlə onu ürək dayanması keçirən insanlar üçün istifadə etmək olar.

Onun sözlərinə görə, bu cihazda farsca danışıq sistemi var və o, cihazla iş mərhələrini operatora izah edir, eyni zamanda da xəstənin vəziyyətinə nəzarət edib, onun elektroşoka ehtiyacının olub-olmamasını yoxlayır.

O, ən çox ölüm hallarının ürək dayanması ilə bağlı olduğunu bildirərək, deyib: Əgər bu cihaz vaxtında və müxtəlif yerlərdə istifadə olunarsa, ürək dayanmasından yaranan ölüm hallarını 50% azalda bilər.

Ahəniyan bu məhsulun xarici oxşar nümunələrlə müqayisədəki qiyməti barədə deyib: Bu məhsulun qiyməti xarici oxşar nümunəsinin qiymətinin üçdə birinə bərabərdir və hər bir cihazda 300 dollar valyuta qənaətinə səbəb olur. Ölkənin 200-300 min cihaza olan ehtiyacını nəzərə alaraq onun lokallaşdırılması böyük həcmdə valyuta qənati gətirəcək.

O, əlavə edərək bildirib: Hələ Avropanın CE təsdiqini almadığımızdan ixracat üçün addım atmamışıq. Bunun iki səbəbi var: birincisi, CE əldə etməyin böyük xərclərinin olması, ikincisi, bəzi şirkətlərin əməkdaşlıq etməməsi. Mövcud olan sanksiyalar səbəbindən şirkətlərin çoxu bizə CE vermir.

Ahəniyan, həmçinin bildirib: Bu məhsulun xarici oxşar nümunələrlə müqayisədəki üstünlüyü xəstəyə verdiyi enerjinin dəqiqliyidir. Bu məhsulun digər üstünlüklərindən servis və satış sonrası xidmətə işarə etmək olar. Halbuki, bir çox xarici cihazlar servis xidmətinin olmamasına görə xarab olub və praktiki olaraq yararsız hala düşüb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir