İbrahim Rəisi İranın Keniyadakı “İnnovasiya və Texnologiya” evini ziyarət edib

Prezident elm təməlli məhsulların ixracının genişlənməsində əsas mərkəzlərdən biri olan İranın Keniyadakı “İnnovasiya və Texnologiya” evini ziyarət edib.

Xarici KİV-in verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi yerli vaxtla İyulun 12-də Keniya səfəri proqramlarının davamında, Keniyanın paytaxtı Nayrobidə yerləşən İranın “İnnovasiya və Texnologiya” evini ziyarət edib.

Bu mərkəzdə İranın 35-dən çox elm təməlli şirkəti əczaçılıq, tibbi avadanlıqlar, kənd təsərrüfatı, tikinti və memarlıq sahələrində öz məhsullarını təqdim edərək Keniyaya ixrac edib.

Prezidentin bu mərkəzi ziyarət etməsi ilə eyni vaxtda İranın elm təməlli şirkətlərinə məxsus “çoxməqsədli Pelikan kənd təsərrüfatı dronu” və “Dorna xəritəçəkmə dronu” məhsulları kommersiyalaşma və Keniyaya ixrac üçün təqdim edilib.

Rəisi: İran sağlamlıq sahəsində üstündür.

Prezident İranın Keniyadakı “İnnovasiya və Texnologiya” evinə səfəri çərçivəsində deyib: Bu gün bu mərkəzdə görülənlər Afrika qitəsində çoxlu müştərisi olan texnoloji məhsullardır.

O, əlavə olaraq deyib: İranın püskürtmə və xəritəçəkmə dronu Afrika qitəsində yaxşı müştəriləri olan İran məhsullarıdır. İslam Respublikasının tibbi avadanlıqlar və əczaçılıq sahələrində region və dünya üçün çoxlu sözləri var.

Keniya prezidenti Ayətullah Rəisi ilə keçirdiyi birgə mətbuat konfransında İrana məxsus bu mərkəzin xüsusiyyətlərinə işarə edərək onu Keniya gənclərinin elmə və texnologiyaya yiyələnməsi üçün böyük bir yol kimi təsvir edib.

Ayətullah Rəisi Nayrobi Hava Limanına daxil olduqdan sonra Keniya rəsmiləri tərəfindən qarşılanıb. Bundan sonra prezident sarayında Keniya prezidenti “Vilyam Samui Ruto” tərəfindən rəsmi qarşılama mərasimi baş tutub.

İran və Keniya prezidentləri siyasi heyətlərin təqdimatından sonra xüsusi müzakirələrə daxil olublar. İki ölkənin yüksək rütbəli heyətlərinin birgə müzakirələri İran prezdenti və onu müşaiət edən heyətin Keniyadakı proqramlarının digər bir hissəsi olub.

Bu, İran prezidentinin 11 ildən sonra Afrikaya ilk səfəri olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir