İAET rəhbəri bildirib ki, İran özü nüvə yanacağı istehsal edə bilər

İranın vitse-prezidenti, Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd Eslami RİA Novosti-yə müsahibəsində bildirib ki, İran təkbaşına nüvə yanacağı istehsal edə bilər, yaxın gələcəkdə ondan Buşehr AES-də istifadə etməyi gözləyir.
“İran özü nüvə yanacağı istehsal edə bilər. Biz “Rosatom” ilə danışıqlar apardıq və ümid edirik ki, qarşılıqlı fəaliyyətimiz çərçivəsində və onunla bağlayacağımız plan və müqavilələr əsasında Buşəhrdəki reaktorun özündə İran yanacağının istifadəsinə başlaya biləcəyik”, – deyə M.İslami bildirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir