“Hudhud” və “Kövsər” peykləri Noyabrın 5-də kosmosa göndəriləcək

Özəl sektora aid Hudhud və Kövsər peykləri Noyabrın 5-də Soyuz buraxıcı qurğusu ilə kosmosa göndəriləcək.

“Hudhud” və “Kövsər” ilk dəfə olaraq özəl sektor tərəfindən hazırlanan və tezliklə kosmosa buraxılacaq olan iki peykdir.

Dizayn və istehsalçı OmidFəza şirkətindən verilən açıqlamaya əsasən, bu iki peyk Oktyabrın 11-də İmam Rza (ə) hərəminin xidmətçiləri və İran Kosmos Təşkilatının rəhbərinin müşayiəti ilə Rusiyaya göndərilib.

Verilən açıqlamalara əsasən, bu iki peykin Noyabrın 5-də Soyuz buraxıcı qurğusu vasitəsi ilə Rusiyadan kosmosa buraxılması nəzərdə tutulub.

Hudhud peyki telekommunikasiya funksiyasına malik olub, Əşyaların İnterneti (IOT) sahəsinə aiddir. Kövsər peyki isə ölçmə peykidir və kənd təsərrüfatı sahəsinin dəqiq xəritəsini hazırlamaq məqsədi ilə orbitə yerləşdiriləcək.

Peykin dizaynerləri və istehsalçıları orta hesabla 25 yaşlı gənclərdir

Layihə rəhbəri Hüseyn Şəhrabi bu barədə bildirib ki, bu iki peykin bütün dizayn və istehsal mərhələləri orta hesabla 25 yaşlarında olan gənclər tərəfindən həyata keçirilib.

O, həmçinin bildirib: Ölkədə ilk dəfə olaraq Kosmos Təşkilatı və özəl sektor arasında müqavilə imzalanıb və Kövsər peykinin görüntülərinin alınması buraxılış əməliyyatının uğurlu olması şərti əsasındadır ki, bu da hər iki tərəf üçün çox riskli bir iş sayılır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir