Hindistanlı həkimlərin və iş adamlarının İran tədqiqatçılarının nailiyyəti ilə bağlı keçirdikləri görüş

Xarici KİV-in verdiyi məlumata görə,Hindistanlı investorlar və cərrahlardan ibarət bir qrup, İmam Xomeyni (r.h) xəstəxanasında CDP cihazına baxış keçirib və bu cihazın texnoloqu Dr. Əbdül-Əhəd ilə iclas keçiriblər. Bu heyət, İran təqdiqatçılarının cihaz və texnologiyasından 10 xəstəxanada istifadə etmək qərarına gəlib.

Aria Sağlamlıq Nano Sensor İstehsalçıları Şirkətinin icraçı direktoru Hani Şəşəani, bu elmi və işgüzar iclasın kənarında deyib: İştirak etdiyimiz beynəlxalq sərgilərdə bu hindistanlı heyətlə tanış olduq və bu texnoloji məhsulu təqdim etdikdən sonra bu heyəti, məhsulun iş prosesi ilə yaxından tanış olmaları üçün İrana dəvət etdik.

CDP cihazı nədir?

Əməliyyat zamanı döş toxumasından əsas xərçəng kütləsini çıxardıqdan sonra həkimlər, gərək, -xərçəng hüceyrələri haraya kimi irəlilib?- sualına cavab versinlər. Əsas şişin kənarında yerləşən və xərçəng hüceyrəsinin olma ehtimalı verilən toxumaya “xərçəng kənarları” deyilir. “Kənarın” tapılması və onda olan xərçəng qalıqlarını təmizləmək, cərrahların ən böyük problemlərindən biridir.

“Kənarları” tapmaq üçün ümumi üsullar arasında dondurulmuş patoloji üsul (Frozen pathology method) istifadə olunur və təxminən bir saat vaxt çəkir.

İranlı tədqiqatçı Əbdül-Əhəd və həmkarları, Nano Texnologiyaları İnkişafı Mərkəzinin dəstəyi ilə xərçəng kənarlarını müəyyənləşdirən texnologiyanı yaradmağa və “kənarları” 15 saniyə ərzində müəyyən edən  CDP cihazını istehsal etməyə nail olublar. Bu aparatın dəqiqliyi 97%-dan daha çox olduğu bildirilir. Ölkə daxilindəki cərrahlar iki ildir ki, bu aparat və texnologiyadan istifadə edilər.

Xəstəxana texnologiyaları kompleksinin icraçı direktoru və bu iclasın təşkilatçısı Mehrdad Rəhməti, deyib: Bu görüşün keçirilməsində məqsəd, İran İslam Respublikasının qüdrətini digər ölkələrə təqdim etmək və İranın dünya səviyyəsində elmi məqamını sabit etməkdir.

O, əlavə olaraq deyib: Bu qrupun iranlı tədqiqatçıların əldə etdiyi nailiyyəti bu cür xoş qarşılamağı inanılmaz idi. Bu cihazın satışı, mərhələli olacaq və ilk mərhələdə 10 ədəd aparat Hindistanın 10 xəstəxanasında istifadəyə veriləcək. Sonrakı mərhələdə istifadə olunacaq aparatların sayı artacaq və sonda bir neçə yüz cihaz Hindistanın ixtiyarına veriləcək.

Xərçəng xəstəlikləri üzrə mütəxəssis cərrah və Tehran Tibb Elmləri Universitetinin Xərçəng Müəssisəsinin rəhbəri Seyid Ruhullah Miri, deyib: Etibarlı jurnallarda çap etdirdiyimiz məqalələrə əsasən, CDP cihazının dəqiqliyi (pisxasiyyətli şişlərin kənarlarının müəyyənləşməsi) ümumi üsul olan “Frozen section”-la   (dondurulmuş bölmə) bərabər ya da ondan biraz yuxarıdır. Frozen section üsulunda cərrahlar 45 dəqiqədən bir saata kimi nəticəni gözləyirlər. Bu gözləmə, xəstələrin narkoz altında qalma müddətinin artmasına səbəb olur, bununla da əməliyyat prosesi ləngiyir və əlavə xərclərə gətirib çıxarır. Amma CDP cihazı 1-2 dəqiqə ərzində həkimlərə cavabı göstərir.

Dr.Miri, sanksiyalarla əlaqədar digər ölkələrin iranlı tədqiqatçıların bu nailiyyətindən yararlana bilmədiyinə görə təəssüfləndiyini bildirib və bu nailiyyət üçün çox parlaq gələcəyin olduğunu düşünüb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir