Avstraliya Strateji Siyasət İnstitutunun yeni hesabatı, İranı-Yaponiyadan yuxarı- elm və texnologiya sahəsində 10 ən üstün super güc arasında qərarlaşdırıb.
Bu hesabata əsasən, İran izlənən 44 texnologiya mövzusunun 6-ında ən üstün 5 ölkədən biri və gələcəkdə dünyanın ən üstün 10 super qüdrətini proqnozlaşdırmaq üçün 9-cu yerdədədir.
Qabaqcıl təyyarələrin mühərriklərdə, o cümlədən səsdən sürətli mühərriklərdə h-index adlı göstərici ilə birlikdə nəşrlərin və sitatların sayı araşdırılıb. İran Çİn və ABŞ-ın kənarında 4-cü yerdə dayanıb, Yaponiya, İtaliya və İngiltərədən daha yüksəkdə qərarlaşıb.
Avstraliya Strateji Siyasət İnstitutunun hesabatının məzmununa görə, İran “bioyanacaq elmi” və bazarda yananmaqda olan və sənayenin gələcəyini dəyişə biləcək yeni ağıllı maddələr və texnologiyalar sahəsində ən üstün 4 ölkədən biridir.
İran sintetik biologiya sahəsində dünya üzrə məqalələrin 2%-ni dərc etməklə, dünya reytinqinin 8-ci ölkəsi sayılır.
Çin və Amerika arasındakı adi rəqabətdən başqa, İranın süni intellekt texnologiyalarındakı çox güclü perfonmansı gözə dəyir. İran cihaz sürətlədiriciləri tədqiqatları sahəsində gözlənilməz bir qüdrət kimi ortaya çıxıb.
İran uzun illərdir ki, dünyada elm yaradıcılığında inkişaf etmiş ölkələr arasında sadalanır. Bununla yanaşı Avstraliya Strateji Siyasət İnstitutunun Kritik Texnologiyaların izlənməsi hesabatı sadə tədqiqatlardan önə getmiş, diqqətini elm və texnologiyanın bacarığının əsas perfonmans meyarları üzərində cəmləmiş və bu miqyasda 44 texnologiya arasında rəqabət üstünlüyünə sahib ölkələri tanıtdırmışdır.