Havanı ozonla təmizləyən cihaz

Bu günlər havanın çirklənməsi və viruslu çirklənmənin artmasına görə, havanın və ətraf mühitin dezinfeksiyası olduqca əhəmiyyətlidir. Təmiz havanın udulması, müxtəlif növ mikrob və viruslardan təmizlənmiş səthlər, insanın sağlamlığında təsirli rola malikdir. Həmçinin, laboratoriya, klinika, xəstəxana və.s kimi mühitlərdə, mühitin dezinfeksiyası zəruridir.

Adətən, müxtəlif səthlərin dezinfeksiyası məhlullar və yuyucu vasitələrin köməyi ilə həyata keçirilir. Bu üsulda yuyucu vasitələrində istifadə olunmuş zərərli kimyəvi maddələr insan üçün yan təsirlərə malik ola bilər. Həmçinin, laboratoriya və xəstəxana mühitləri üçün alınan yuyucu maddələr böyük həcmdə xərclərə səbəb olur.

Havanı çirkəndiricilərdən təmizləmək üçün filterli təmizləyicilərdən də istifadə etmək olar. Amma bu üsulda da cihazın filterlərinin vaxtaşırı dəyişilməsinə ehtiyac var. Bundan əlavə ətraf mühitin havasının cihazın daxilinə sovrulması və onun filterləmə mexanizmi, havada olan çirkinləndiricilərin 20%-dan çoxunu təmizləyə bilməz. Bir tərəfdən də havanın təmizlənməsi zamanı çirkləndiricilər, viruslar və mikroblar səthlərdə qalır. Buna görə də bu problemlərin həlli üçün yeni üsulun seçilməsi daha yaxşıdır.

İranın texnoloji şirkətlərindən biri beş müxtəlif texnologiyadan istifadə etməklə filterdən istifadə etmədən havanı təmizləyən və səthləri dezinfeksiya edən məhsul istehsal edib. Elm təməlli “Kaşif Farazane Vətən” şirkəti 2015-ci ildən bu sahədə fəaliyyət göstərir.

Şirkətin icraçı direktoru Baqiri, bu texnoloji məhsul barədə deyib: İzotek hava təmizləmə cihazı, filterdən, kimyəvi yuyucu maddələrdən istifadə etmədən və havanı sovurmadan ətraf mühitin havasını müxtəlif növ çirkləndiricilərdən, o cümlədən kiçik toz zərrəcikləri, toz-torpaq, tüstü, viruslar, mikroblar və xoşagəlməz qoxulardan təmizləyir. Bu cihazdan laboratoriya və xəstəxanalardan tutmuş evlər, otaqlar, ağciyər xəstələrinin, inkişafdan qalmış körpələrin qaldıqları yerlərdə istifadə etmək olar.

O, əlavə olaraq deyib: Cihazın işləmə mexanizmi belədir ki, özündə olan ionlaşma texnologiyası kimi  müxtəlif texnologiyalardan və ozon qazından istifadə etməklə ətraf mühitin havasını çirkləndiriciləri aradan aparan amillərlə silahlandırır. Bu proses nəticəsində, həm ətrafdakı hava təmizlənir və həm də ətrafda olan müxtəlif səthlər dezinfeksiya olunur. Bu məhsul, istehsal olunmuş ozonun qatılıq miqdarını nəzərə alaraq müxtəlif rejimlərə uyğun tənzimlənmə qabiliyyətinə malikdir.

“Kaşif Farazane Vətən” şirkətinin icraçı direktoru, bu məhsulun üstünlükləri barəsində deyib: Bu məhsul, filter, kimyəvi maddələrdən istifadə etmədiyinə görə, xərclərin azalmasına səbəb olub və bir neçə il ətraf mühiti dezinfeksiya edə bilər. Həmçinin, bu cihaz üçün lazım olan sertifkatlar əldə olunub və hal-hazırda kütləvi istehsal olunur.

Baqiri, bu məhsulda istifadə olunan texnologiyalar barəsində deyib: Bu cihazda istifadə olunan texnologiyalar ölkə daxilində mövcud idi və biz onu kommersiyalaşdırmaqla bu məhsulu istehsal edə bildik. Cihazda istifadə olunan katalizator konstruksiyası kimi bəzi zəminlərdə məhdudiyyətlərlə üzləşdik. Amma Şərif Texnologiya Universitetinin köməyi ilə bu problemin öhdəsindən gələ bildik.

O, Pərdis Elm və Texnologiya Parkının dəstəyinə işarə edərək deyib: Bu şirkət, hal-hazırda Elm və Texnologiya Parkında yerləşir. Pərdis Parkının, kommersiyalaşdırma və məhsul satışında bazar məharətinin mövcud olmasının müsbət təsirləri olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir