Əmre Poliyak Kuboku və Dünya Güləş Federasiyasının reytinqi üzrə beynəlxalq Yunan-Roma güləşi yarışlarının sonunda İran komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Xarici KİV-in verdiyi məlumata görə, İranın Yunan-Roma güləşi üzrə seçilmiş komandası bu yarışlarda 72 kq çəki dərəcəsində Seyid Danial Söhrabi və 130 kq çəki dərəcəsində Əmir Qasimi Muncəzi tərəfindən qızıl medal əldə edib. 60 kq-da Əmir Arami gümüş medal, 77 kq-da Muhəmməd Naqusi və 130 kq-da Əliəkbər Yusifi bürünc medal qazanıblar.
Bu yarışlarda 6 çəki dərəcəsində 7 güləşçi ilə iştirak edən İran komandası komanda sıralamasında 98 xalla üçüncü olub. Azərbaycan komandası 140 və Macarıstan komandası 113 xalla birinci və ikinci yerləri bölüşüblər.