Korlar üçün xüsusi planşetin hazırlanması İrana məxsus elm təməlli bir şirkətin, kor insanlardakı məhdudiyyətlərin azaldılması üçün müxtəlif imkanlara sahib və onlara fars dilində olan mətnləri oxumaq və yazmaq üçün kömək edən innovasiyasıdır.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, elm təməlli bir şirkət elmə əsaslanan məhsulları görmə qabiliyyətini itirən insanlara kömək məqsədilə dizayn edərək kommersiyalaşdırmağa müvəffəq olub.
Bu şirkətin baş direktoru Səid Sadiqpur Vəcdi Smart Painterə (korlar üçün planşet) işarə edərək deyib ki, bu cihaz klaviatura, braille ekranı və mətnin nitqə çevrilməsindən istifadə edən audio çıxışa sahibdir.
O, qeyd olunan bu alətin redaktor, fayl oxuyucusu, lüğət, kitabxana və s. kimi tətbiq proqramlarına malik olmasını bəyan edərək sözlərinin davamında deyib: Biz işi, korlar üçün mexanikləşdirilmiş sistemlərin istehsalı ilə başladıq və bu gün bizim əsas hədəflərimizdən biri, texnologiyanın görmə qabiliyyətini itirən insanlara xidmət məqsədilə inkişaf etdirilməsidir.
Texnologiya sahəsində aktiv olan bu şəxs kompüter texnologiyasının korların yaşayışının yaxşılaşdırılmasındakı rolu və təsirinə işarə edərək deyib: Gözü görməyənlərin kompüterdən istifadə etmədən vizual mətnləri oxuyub-yazması mümkün deyil.
O, yerli istehsal olan bu məhsulun qiymət, texnologiya və keyfiyyət üstünlüklərinə işarə edərək deyib: Smart Painter patent sertifkatına sahibdir və ölkənin yeganə istehsalçısı Pektos şirkətidir. Xarici nümunələrin heç biri tam şəkildə audio, braille ekran və fars dili proqram təminatını əhatə etmir. Hal-hazırda Smart Painterin qiyməti xarici nümunələrindən bir neçə dəfə aşağı qiymətə təqdim olunur.
O, həmçinin deyib: Yerli istehsal olan texnoloji məhsulların himayəçisi və onlar haqda qərar qəbul edən qrumların roluna işarə edərək deyib: Son illər ərzində aidiyyatı qurumlar tərəfindən Smart Painter kimi korlar üçün nəzərdə tutulan xüsusi avadanlıqların alınıb təhvil verilməsi azalıb. Dövlət orqanlarının bu qrup insanlara olan dəstəklərinin artması vacibdir.