Gizli əşyaların millimetr dalğa aşkarlayıcısı cihazı Şərif Sənaye Universitetinin tədqiqatçılarının səyləri nəticəsində hazırlanıb. Bu cihaz “Next” Milli Texnologiya Mükafatının “Əlaqə və mikroelektronika” bölməsində 2-ci yeri qazanıb.
Mehdi Şabani, Zəhra Kavehvoş və Məhəmməd Fəxxarzadənin rəhbərliyi altında Şərif Sənaye Universitetinin Elektrik Mühəndisliyi Fakültəsinin bir sıra professor və məzunları tərəfindən hazırlanmış gizli əşyaların millimetr dalğa aşkarlayıcısı cihazı “Next” Milli Texnologiya Mükafatının “Əlaqə və mikroelektronika” bölməsində 2-ci yeri qazanmağa müvəffəq olub.
Bu cihaz hava limanı kimi məkanlarda gizli əşyaların müəyyən olunması üçün dizayn olunaraq istehsal edilib.
Millimetr dalğa texnologiyasına malik olan bu cihaz hava limanları, gömrük və ziyarətgahlar kimi hassas məkanların girişində quraşdırılır. O, anten massiv hissələri, yüksək tezlikli elektronika, proqram, süni intellekt və mexanikaya malik olub, xarici nümunələrinin qiymətinin yarısına ya da üçdə birinə bərabərdir.
Bu cihazın dizayn və istehsalında yerli avadanlıqlardan istifdə olunub. Onun hava limanlarında istifadə olunan rentgenlərdən fərqi budur ki, o rentgen aparatları yalnız metal maddələri müəyən edir, amma bu cihaz paltar altında gizlədilmiş hər bir əşyanı aşkar edir və istifadəçi üçün heç bir təhlükəsi də yoxdur.
Qadağan olunmuş əşyanın aşkarlanması və operatora bildirilməsi bu cihazın digər üstünlüklərindən sayılır. Bu cihazlardan bir neçəsi Astan Qüds Rəzəvidə quraşdırılıb.