Gisa Baybordi qızıl medal qazanıb

İranın qadınlardan ibarət oxatma komandasının üzvü İslam Həmrəyliyi Oyunlarının qızıl medalına layiq görülüb.

İRİB-nin məlumatına əsasən, Gisa Baybordi İslam Həmrəyliyi Oyunlarının kampond bölməsi yarışlarının finalında Türkiyəni təmsil edən Yeşim Bustan-Bukarla mübarizə aparıb.

Rəqibini 146-142 hesabı ilə məğlub edən Baybordi çempion adını qazanıb.

Gisa Baybordi qarışıq yarışlarda isə dünən Əmir Kazımpurla yanaşı, gümüş medal əldə etmişdi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir