Genetik maddəsiz qrip peyvəndində yeni rekombinant texnologiyası

İranın elm təməlli şirkətlərindən birinin texnoloqları heç bir genetik maddəsi olmayan və çox yüksək səviyyədə immunitet yaradan rekombinant (DNT texnologiyası ilə) qrip peyvəndi hazırlayıblar.

Qrip peyvəndi İranda çox istifadə edilən peyvəndlərdən biridir. Köhnə peyvəndlərin bəzi çatışmayan cəhərləri var idi. Beləki, onlar həm istehsalçı üçün yoluxma riskinə malik idi, həm də bəzi insanlarda allergiyaya səbəb ola bilərdi. Digər tərəfdən də dünyanın məhdud sayda şirkətinin istehsal etdiyi rekombinant peyvəndlərin ölkəyə gətirilməsi üçün valyuta azlığı görə də, problemlə üzləşilirdi. Buna görə də, İranın elm təməlli şirkətlərindən biri ilk dəfə olaraq texnologiyanın köməyi ilə həm qeyd olunan çatışmazlığı olmayan və həm də orqanizmə qrip qarşısında yüksək səviyyədə immunitet bəxş edən rekombinant qrip peyvəndi istehsal edib.

Şirkətin fəal texnoloqu Səidə Nəccar bu şirkətin iki ədəd rekombinant məhsulunun istehsalı ilə bağlı deyib: İnsan və rekombinant peyvəndlər sahəsində fəaliyyətə başladığımız qrupla tədqiqat apararaq, ölkənin bu sahədəki ehtiyaclarını araşdırdıq. Araşdırmalar nəticəsində məlum oldu ki, il ərzində çox istifadə olunan, daxili istehsalı olmayan və kənardan gətirilən bəzi peyvəndlər var.

O, sözlərinin davamında deyib: İnsan qripi peyvəndi və uşaqlıq boynu peyvəndi bizim gündəmdə saxladığımız iki peyvənd idi. İlk illərdə onun texnologiyasını inkişaf etdirməyə çalışıb, insan papilloma peyvəndi hazırladıq. 2020-ci ildə isə onu bazara çıxardıq. Dünyada ilk anti-xərçəng peyvəndi olan HPV peyvəndinin istehsalına aid sıfırdan yüzə qədər bütün texniki bilikləri texnoloq qrupun vasitəsilə əldə etdik. Qrupun ixtiyarında olan texniki bilik zənciri vasitəsilə 2 il sonra rekombinant dördvalent insan qripi peyvəndini bazara çıxardıq.

Nəccar deyib: Hər iki peyvənd rekombinant sahəsinə aiddir. İstehsal etdiyimiz insan papilloma virusu peyvəndinin istehsal növü mürəkkəb olduğundan, Amerika və İngiltərədə yalnız iki istehsalçı şirkəti var idi. Biz onu istehsal edən üçüncü ölkəyik. Rekombinant texnologiyalı qrip peyvəndinin isə təkcə bir xarici istehsalçısı var idi.

Peyvənd istehsalında yeni rekombinant texnologiyasının köhnə növ istehsalla fərqi

Bundan əlavə o, bildirib: Qrip peyvəndinin istehsal texnologiyası fərqlidir. Onlardan biri əksər brendlərin istifadə etdiyi köhnə yumurta texnologiyası ilə həyata keçirilən istehsal üsuludur. Rekombinant texnologiyası üsulunda isə peyvəndin daxilində heç bir növ genetik maddə möcvud deyil. Buna görə də, yoluxma yaxud gələcəkdə genetik maddənin bədənə implantasiya etmə və ya genetik pozğunluq yaratma ehtimalı yoxdur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir