“Gen terpiya” üsulu ilə xərçəngin müalicəsində İran, dünyanın üçüncü ölkəsidir

  Uşaq hüceyrə və gen terapiyası tədqiqat mərkəzinin rəhbəri Əmirəli Həmidiyyə “kortizol terpiyası” ilə qan xərçənginin müalicəsində iranli tədqiqatçıların əldə etdiyi nailliyət barəsində verdiyi müsahibədə deyib: Ölkəmiz son 20 ildə kök hüceyrə elmi sahəsində çoxlu zəhmətlər çəkib və bu elmin ən inkişaf etmiş sahəsi gen terapiya üsuludur ki, bu genom müddətində yenilənir.

  O, əlavə edib: Bu layihə çox mühüm və qabaqcıl bir layihədir. Amerika və Çindən sonra İran, üçüncü ölkədir ki, bu inkişaf etmiş texnologiyaya sahibdir. Gen terpiya texnologiyası o qədər mühüm və çətindir ki, təsəvvür olunması üçün belə bir misal vura bilərəm; təsəvvür edin ki, ölkəmiz Boing və Airbas təyyarələri düzəltməyi bacarıb.

  Həmidiyyə, bu layihə üzərindəki 7 illik səylərə işarə edərək deyib: İlk mərhələdə 40 nəfərlik heyət bu müalicə metodunu labaratoriya nümunələri üzərində, daha sonra heyvan nümunələri üzərində sınaqdan keçirdilər. Bu iki mərhələdə tam müvəffəqiyyətdən sonra bu metod Sentyabr ayında qan xərçənginə tutulmuş ilk uşaq üzərində istifadə edildi ki, tam şəkildə uğurla başa çatdı.

 O, beş yaşlı bu uşağın xəstəlik tarixçəsi barəsində deyib: Arman, 2019-cu ildən xərçəngə tutulmuş və kimyaterapiya olunmasına baxmayaraq, onun xəstəliyi üç dəfə geri qayıtmışdır. Həmçinin, qara göbələyə tutulduğu üçün sümük iliyi transplantasiyası mümkün deyildi. Gen terapiyası üsulu ilə müalicəsindən təxminən 3 ay keçir və indi Arman tam sağlamlıqla yaşayır.

  Tehran Tibb Elmləri Universitetinin professoru, xərçəngin müalicəsində mövcud olan metodlar barəsində deyib: 70 il əvvəl qan xərçənginin müalicəsində kimyaterapiyadan və 30 il əvvəl kök hüceyrə transplantasiyasından istifadə olunurdu. Bu yeni müalicə metodu, kimyaterapiya və kök hüceyrə transplantasiya üsulu ilə müalicə olunmayan xəstələr üçündür. Həmçinin, bu metodun fəsadları əvvəlki iki metoda nisbətən daha azdır.  

  O, bu layihənin komanda xarakterli olduğunu vurğulayaraq deyib: Bu layihə ilk əvvəl Tehran Tibb Elmləri Universiteti ilə bir tədqiqat qrupu arasında baş tutmuş və o qrup texnoloji əsas və elmə əsaslanan bir şirkətə çevrilmişdir. Əldə edilən bu nailiyyət, bu iki qrupun səylərinin nəticəsidir.

  Tehran Tibb Elmləri Universitetinin professoru sanksiyalara münasibət bildirib: Sanksiyalar çətin idi, amma, alimlərin və tədqiqatçıların səyləri ilə fürsətə çevrildi. Çünki, bir zamanlar İranda hüceyrə yetişdirmək üçün qab ve yerimiz yox idi. Amma indi köklü hüceyrələrdə tam texnologiyaya çatmışıq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir