Fermerlər üçün İran istehsalı olan ağıllı köməkçi

Xarici KİV-in Prezident yanında Elm və Texnologiya müavinliyinə istinadən verdiyi məlumata görə, geomatik texnologiyanın köməyi ilə fermerlərə daha çox məhsul istehsal etmə imkanı verən elm təməlli bir məhsul hazırlanaraq istehsal olunub.

Jalizan, süni intellektdən istifadə etməklə və kənd təsərrüfatı mütəxəssislərinin elmindən bəhrələnməklə bir vasitə təqdim edən kənd təsərrüfatının ağıllı köməkçisidir. O, əkin və məhsulun yığılması mərhələlərini izləməklə məhsuldarlığın yüksəldilməsi, xərcin azaldılması və istehsal həcminin artması, məhsulun real qiymətə satışı, tarla performansı və fermerə yüksək gəlir əldə etmə imkanı yaradır.

Sadə dildə tətbiq şəkilində hazırlanan bu məhsul, ölçmə üsullarından istifadə etməklə uzaqdan və peyk şəkilləri vasitəsilə fermerə daha çox məhsul istehsal etmə imkanı yaradır.

Bu məhsul, Prezident yanında Elm və Texnologiya müavinliyinin Qabaqcıl Kosmik və Nəqliyyat Texnologiyalarının İnkişafı Mərkəzinin Geomatik qrupunun dəstəyi ilə elm təməlli Tukan Fater Maham Şirkəti tərəfindən istehsal olunub.

Jalizan, xidmət inteqrasiyası vasitəsilə kənd təsərrüfatı təmin zəncirini yüksətməklə və online alış-satış imkanı vasitəsilə müxtəlif bazarlara çıxışı asanlaşdırmaqla, yaşayış kənd təsərrüfatını sənaye və ərtaf mühitlə uyğun kənd təsərrüfatına dəyişməkdə effektiv addımdır.

Bu proqram, mobil tətbiq şəkilində əkin sahələrinin daha təfərrüatlı və daha mürəkkəb təhlillərinə ehtiyacı olan əkinçilərin köməyinə gəlməyi bacarıb. Əslində Jalizan proqramı, məhsulun əkilməsindən məhsulun yığımından sonrakı vaxtına qədər əkin sahəsinin vəziyyətini araşdırır, məhsulun sağlamlıq səviyyəsi, yaşıllıq miqdarı, iş funksiyası və s. kimi sıralanmış məlumatları mobil telefonuna proqram yüklənmiş fermerin hesabına mesajlarla xatırladır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir