Ev fizioterapiya cihazı əlverişsiz bölgələrdəki əlillərin xidmətində

Elm təməlli bir şirkət tərəfindən əlverişsiz bölgələrdə yaşayanların istifadəsi məqsədi ilə əzələ spazmlarını aradan qaldırmaq və zəifləmiş əzələləri bərpa etmək üçün ev fizioterapiya cihazı kimi ağrı kəsici bir cihaz istehsal edilib.

Elmi Müavinliyinə istinadən verilən məlumata əsasən, Xorasan Rəzəvi vilayətinin elm və texnologiya parkında yerləşən elm təməlli bir şirkətdə istehsal olunmuş ağrı kəsici cihaz Abadiran sərgisinin ikinci dövrü çərçivəsində nümayiş olunub.

Bu elm təməlli şirkətin baş direktoru bu barədə açıqlama verərək deyib: Ev fizioterapiya cihazı yaxud tennis fizioterapiya ünvanında olan bu ağrıcı kəsici cihaz əzələ spazmlarını aradan qaldırmaq, yerli əzələ ağrılarının kəsilməsi və zəifləmiş əzələləri bərpa etmək üçün nəzərdə tutulub. Bu cihaz xəstəxana və fizioterapiya imkanlarına vaxtında və sürətli şəkildə yetişə bilməyən əlverişsiz və ucqar bölgələrin sakinlərinin istifadəsi məqsədi ilə istehsal olunub. Bu məhsul elektrik siqnalları ötürməklə sinir kanallarının bağlanmasına səbəb olur və ağrının beyinə ötürülməsinin qarşısını almaqla ağrını aradan qaldırır.

O, bildirib: Bu elm təməlli şirkət bu məhsulun yeganə istehsalçısıdır və o, Səhiyyə və Tibbi Təhsil Nazirliyindən rəsmi lisenziya almağa nail olub.

Elmi müavinliyin Elm Təməlli Şirkətlərin İnkişaf müavini Əsədi Fər də bu məhsulun təqdimatında deyib: Abadiran sərgisinin birinci dövrəsində müəyyən olunmuş fəaliyyətlərin nəticələrini bu dövrdə aydın görmək olar. Elm təməlli şirkətlərlə inkişaf sahəsində aktiv olan qrumlar arasında əlaqənin yaradılmasına inam və məhrumiyyəti aradan qaldırmaq Abadiranda özünü doğrultdu və yaşanmış təcrübəyə çevirdi. Həmçinin bu mövzu bu qrumların Abadirandan əvvəlki dövrə ilə müqayisədə daha çox qəbuluna  və oradakı aktiv fəaliyyətinə səbəb olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir