İranın eşitmə qabiliyyəti olmayan böyüklərdən ibarət Yunan-Roma güləşi üzrə milli komandası 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmaqla, Qırğıxıstanın Bişkek şəhərində keçirilən güləş üzrə dünya çempionatı yarışlarının ikincisi olub.
Xarici KİV-in verdiyi məlumata görə, eşitmə qabiliyyəti olmayan böyüklərdən ibarət Yunan-Roma güləşi üzrə dünya çempionatı yarışlarının 17-ci mövsümünün sonunda İranın güləş üzrə milli komandası 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə edərək, Türkiyədən sonra ikinci pillədə dayanıb və Qazaxıstan üçüncü olub.
İrana qızıl medalı Mehdi Bəxşi, gümüş medalları Əli Kərimi, Seyid Sadiq Əbul-Vəfayi, Şəhab Rəhimi və bürünc medalları Rza İsmaili, Şirzad Məhki, Əli Vətənpərəst, Məhəməəd Rza Şabani qazandırıb.