Əmir Kəbir Universitetinin riyaziyyat jurnalı DOAJ məlumat bazasında indeksləşdirilib

İranın Əmir Kəbir Sənaye Universitetinin Riyaziyyat və Kompüter Elmləri fakültəsinin “Riyaziyyat və Hesablama” jurnalı DOAJ-da indeksləşdirilib.

Əmir Kəbir Sənaye Universitetinin Riyaziyyat və Kompüter Elmləri fakültəsinin jurnalı beynəlxalq və İngiltərəyə məxsus Directory of Open Access Journals DOAJ məlumat bazasında indeksləşdirilməkdən əlavə, Elm, Tədqiqat və Texnologiya Nazirliyinin jurnalların qiymətləndirilməsi sistemində də birinci yeri yaxud /Q1 dərəcəsini əldə etməyə müvəffəq olub.

Verilən məlumata əsasən, bu universitetin Riyaziyyat və Kompüter Elmləri fakültəsinin jurnalı öz fəaliyyətinə 2018-ci ildə başlayıb və bu jurnalın ilk buraxılışı 2019-cu ildə çap olunub. Bu jurnal 2023-cü ilə qədər hər 6 aydan bir çap olunurdu. Amma 2023-cü ildən bəri hər 3 aydan bir çap olunur və məqsəd tədqiqatçıların riyaziyyat və kompüter elmləri sahəsindəki məqalələrinin çap olunması üçün zəmin yaratmaqdır. Həmçinin bu jurnalın redaksiya heyətinin üzvləri ölkə daxilində və ölkə xaricində ən yaxşı tədqiqatçılar sırasındadırlar.

Bu jurnala göndərilən bütün məqalələr ingilis dilindədir. Məqalələr bu ixtisasın mütəxəssisləri tərəfindən qiymətləndirildikdən sonra, təqdimatın keyfiyyəti, yenilik, məzmunun aydınlığı və jurnalın hədəfləri ilə uyğunluğu cəhətindən təsdiq olunduqları təqdirdə çap olunurlar.

Bu jurnalın digər hədəflərindən biri elmi inkişafın yüksəldilməsi və tədqiqatçıların öz tədqiqat idealarını bəyan etmələri istiqamətində fürsət yaratmaq üçün səy göstərməkdir. Vaxtında və açıq giriş şəklindəki dərc, bu jurnalın digər mühüm hədəflərindən sayılır. Əmir Kəbir Sənaye Universitetinin Riyaziyyat və Kompüter Elmləri fakültəsi baş redaktor dr. Əbdür-Rəsul Pur Abbasın və məsul direktor dr. Mehdi Rüstəmi tərəfindən idarə olunur.

DOAJ açıq girişli jurnalları tədqiqatçıların ixtiyarına verən məlumat bazasıdır. Bu məlumat bazası 2006-cı ildə 300 jurnal indeksləşdirməklə öz fəaliyyətinə başlayıb və məqsədi isə dil və coğrafiyadan asılı olmayaraq dünya səviyyəsində şəffaflığı, əlçatanlığı, istifadə və təsir faktorunu və tədqiqatçıların daha rahat və asanlaşdırılmış çıxışını artırmaqdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir