İranda ilk dəfə olaraq “kolloidal qızıl nano” maddəsi istehsal olunub və Qida və Dərman Təşkilatında Əmir Kəbir Sənaye Universitetinin elm təməlli Tədbir Sağamlıq Texnologiya Şikətinin (FAST Accelerator) adı ilə qeydiyyatdan keçib.
Əmir Kəbir Sənaye Universitetinin Sağamlıq Texnologiyalarının Tədqiqat İnsitutuna bağlı FAST Accelerator-nun idarə heyətinin sədri bu xəbəri elan edərək bildirib: Kolloidal qızıl nanonun yaxud qızıl nanohissəciyinin istehsalı üçün ilkin tədqiqatlar və araşdırmalarƏmir Kəbir Sənaye Universitetinin Sağamlıq Texnologiyalarının Tədqiqat İnsitutunda aparılıb və FAST Accelerator adı ilə kommersiyalaşdırılıb.
Mustafa Bəhmənabadi kolloidal qızıl nanonun unikal xüsusiyyətlərinə toxunaraq deyib: Bu təsirli maddə kosmetik sənayedən başqa həzm sistemi və oynaq xəstəlikləri, artrit və s. kimi bəzi xəstəliklərin müəyyən edilməsi və müalicəsində də istifadə olunur. Bu qızıl nanohissəciklərindən müxtəlif məhsullar istehsal olunur. Onun istifadə sahələrindən biri istehsalına müvəffəq olduğumuz kosmetik və sağlamlıq kremləridir.
O, vurğulayıb: Bu məhsul Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyindəki Nano Mərkəzinin təsdiqinə malikdir və Qida və Dərman Təşkilatında qeydiyyatdan keçib.
Əmir Kəbir Sənaye Universitetinin Sağamlıq Texnologiyalarının Tədqiqat İnsitutunun müavini əlavə edib: İlk dəfədir ki, İranda sağlamlıq və gözəllik sahəsində kolloidal qızıl nanodan istifadə olunur. Hərçənd ki, dünyada buna oxşar iş həyata keçirilib, amma bu layihədə istifadə edilmiş texnologiya dünya səviyyəsində tamamilə yenidir.
Bəhmənabadi sonda deyib: Texnoloqlarla əməkdaşlıq etməklə kolloidal qızıl nano əsaslı yeni texnoloji məhsulllar istehsal etməklə yanaşı, Qida və Dərman Təşkilatından lisenziya əldə edərək onları ölkənin səhiyyə şəbəkəsinə daxil etməyə çalışırıq.
Kolloid qızıl, adətən suda olan qızıl nanohissəciklərindən olan bir kolloiddir. Kolloid adətən tünd qırmızı (100 nm-dən az sferik hissəciklər üçün), ya mavi yaxud da bənövşəyi rəngdə (daha böyük sferik və ya nanomil hissəciklər üçün) olur.
Qızıl nanohissəciklər optik, elektron və molukulyar idrak xüsusiyyətlərinə görə, əhəmiyyətli dərəcədə tədqiqat mövzusudur. Bir çoxları onlardan elektron, mikroskopiya, elektronika, nanotexnologiya, materialşünaslıq və biotibb də daxil olmaqla müxtəlif sahələrdə istifadə edirlər.